Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




Əvəz Z.
elmar_hus




 
RATİ TƏRƏFİNDƏN GÖNDƏRİLƏN İNFORMASİYA SORĞULARININ SİYAHISI 2008-Cİ İL Çap et E-Məktub
26.07.2008 18:59

BİRİNCİ ALTI AY (YANVAR-İYUN)

İNFORMASİYA SORĞUSUNUN GÖNDƏRİLDİYİ  QURUMLAR

Göndərilmə tarixi

İNFORMASİYA SORĞUSUNUN MAHİYYƏTİ

SORĞUNUN CAVABLANDIRILMASI

1. ANS Şirkətlər Qrupu

09.01.2008

ANS telekanalının “Xəbərçi” proqramında Mirzə Sakit haqqında verilən məlumatın dəqiqləşdirilməsi

cavablandırılmayıb

2. Dövlət Radiotezliklər İdarəsi

26.01.2008

Azərbaycanda istifadədə olan və istifadəyə yararlı tezliklərin sayı və növləri, tezliklərin siyahısının tərtib olunması ilə bağlı məlumat

08.02.2008-ci il tarixdə İdarənin rəisi Ə. Məmmədovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, teleradio yayımlarının tezlik siyahısını MTRŞ tərtib edir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq yerüstü radio-televiziya yayımı üçün ayrılmış radiotezlik zolaqlarının siyahısı verilmişdir.

3. Milli Televiziya və Radio Şurası (MTRŞ)

26.01.2008

Azərbaycanda istifadədə olan və istifadəyə yararlı tezliklərin sayı və növləri, tezliklərin siyahısının tərtib olunması ilə bağlı məlumat

cavablandırılmayıb

4. Radiotezliklər üzrə Dövlət komissiyası

26.01.2008

Azərbaycanda istifadədə olan və istifadəyə yararlı tezliklərin sayı və növləri, tezliklərin siyahısının tərtib olunması ilə bağlı məlumat

11.02.2008-ci il tarixdə Komissiyanın katibi Salman Hüseynovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, teleradio yayımının təşkili üçün Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri əsasında ayrılmış bütün radiotezlik diapozonlarından istifadə oluna bilər. Radiotezliklərin istifadəsi MTRŞ tərəfindən tənzimlənir. RATİ bununla bağlı 12.02.2008-ci iltarixdə MTRŞ-a sorğu göndərib.

5. MTRŞ

30.01.2008

“Peyk televiziyası haqqında” Qanun layihəsi barədə məlumat

01.02.2008-ci il tarixdə Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, qanun layihəsi hazırda işləmə mərhələsindədir. Layihə tam hazır olduqdan sonra ictimaiyyətin müzakirəsinə çıxarılacaqdır.

6. MTRŞ

30.01.2008

Şəhərin mərkəzində, xüsusilə R. Behbudov 8 ünvanında yerləşən binalarda peyk antenalarının kəsilməsi ilə bağlı məlumat

01.02.2008-ci il tarixdə Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, bu hal Bakı Şəhər İcra Hakimiyyəti ilə müvafiq ünvanda yaşayan vətəndaşlar arasında olan bir məsələdir və MTRŞ-nın səlahiyyətlərinə aid deyil.

7. Milli Məclis Aparatı

06.02.2008

“İnternet təchizi (provayderlər) haqqında qanun layihəsi ilə bağlı məlumat

20.02.2008-ci il tarixdə MM Sosial qanunvericilik şöbəsinin müdiri A. Abasovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, qanun layihəsi Elm və Təhsil Daimi Komissiyasında müzakirədədir. Layihə qəbul edildikdən sonra MM-in saytında yerləşdiriləcək. RATİ bununla bağlı 03.03.2008-ci il tarixdə həmin Komissiyaya sorğu göndərib.

8. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

11.02.2008

“Azərbaycan Cümhuriyyəti” qəzetinin təsisçisi Nüsrət Rəhimov, “Mühakimə” qəzetinin baş redaktoru Şəmsi Mirzəyevin həbs edilməsinin təfərrüatları ilə bağlı məlumat

28.02.2008-ci il tarixdə İdarənin rəisi Mirqafar Seyidovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, soruşulan məsələlər haqqında məlumat əldə etmək üçün DİN mətbuat xidmətinə müraciət edilməsi məqsədəuyğundur. RATİ bunu əsas tutaraq 03.03.2008-ci il tarixdə DİN Mətbuat Xidmətinə müraciət edib.

9. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti

11.02.2008

“Azərbaycan Cümhuriyyəti” qəzetinin təsisçisi Nüsrət Rəhimov, “Mühakimə” qəzetinin baş redaktoru Şəmsi Mirzəyevin həbs edilməsinin təfərrüatları ilə bağlı məlumat

cavablandırılmayıb

10. MTRŞ

12.02.2008

Azərbaycanda istifadədə olan və istifadəyə yararlı tezliklərin sayı və növləri, tezliklərin siyahısının tərtib olunması ilə bağlı məlumat

07.03.2008-ci il tarixdə Şuranın sədri Nuşirəvan Məhərrəmlinin imzası ilə gələn cavab məktubunda bildirilir ki, teleradio yayımlarının tezlik siyahısı çox böyükdür. Əgər ölkəmizdəki televiziya və radio proqramlarının ümumi sayını nəzərə alsaq, onda bu siyahının necə böyük olduğunu təsəvvür etmək olar. Boş olan istifadəyə yararlı TV kanallar və radioyayım tezlikləri haqqında məlumatın tərtib olunması çox böyük zəhmət tələb edən işdir. Ona görə də belə məlumatlar çox zaman ayrılıqda götürülmüş bir proqram üçün aparılmış monitorinq və koordinasiya əsasında tərtib olunur. Konkret olaraq onu bildirmək mümkündür ki, boş olan istifadəyə yararlı yayım TV kanallarının və radioyayım tezliklərinin sayı kifayət qədərdir.  Qeyd edilir ki, siyahı Radiotezliklər üzrə Dövlət komissiyası tərəfindən tərtib edilir. Buna əsasən RATİ komissiyaya  13.03.2008-ci il tarixdə sorğu göndərib.

11. Bakı Şəhər Baş Polis İdarəsi

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

cavablandırılmayıb

12. Yasamal RPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

06.03.2008-ci il tarixdə İdarənin rəisi Möhübbət Hüseynovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, səyyar qəzet satıcılarının İdarənin əməkdaşları tərəfindən tutularaq, polis idarəsinə gətirilməsi faktları olmamışdır.

13. Səbail RPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

cavablandırılmayıb

14. Suraxanı RPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

22. 02. 2008-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin təşkilati inspektoru, polis mayoru Şakir Əliyev telefon vasitəsilə RATİ-yə zəng vuraraq bildirib ki, Suraxanı rayonu ərazisində ümumiyyətlə səyyar qəzet satışı mövcud deyil, qəzetlər yalnız köşklərdə satılır.

15. Nərimanov RPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

cavablandırılmayıb

16. Xətai RPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

cavablandırılmayıb

17. NizamiRPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

cavablandırılmayıb

18. Əzizbəyov RPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

cavablandırılmayıb

19. Binəqədi RPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

cavablandırılmayıb

20. Sabunçu RPİ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

cavablandırılmayıb

21. Nəsimi RPİ                                            

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

İdarənin rəisi Məmməd Mikayılovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən bu rayon ərazisində səyyar qəzet satıcılarına qarşı heç bir təzyiq və qanunsuz hərəkətlərə yol verilmə faktları olmamışdır. Bununla belə cavab məktubunda göstərilir ki, icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmayan  yerlərdə, o cümlədən nəqliyyat vasitələrinin yollarının hərəkət hissəsində yol hərəkətinə maneçilik törədərək, qəzet satışı həyata keçirənlər tərəfimizdən bu cür qanun pozuntusuna yol verməmələri barədə əvvəlcə xəbərdar olunur, lakin bu faktlar davam edərsə İnzibati Xətalar Məcəlləsinin 235-ci maddəsi ilə barələrində inzibati məsuliyyətə cəlb olunacaqları nəzərlərinə çatdırılır.

22. Abşeron RPŞ

16.02.2008

Səyyar qəzet satıcılarının polis tərəfindən saxlanılması, onların polis idarələrinə aparılaraq, cərimə edilməsi barədə xəbərlərin dəqiqləşdirilməsi ilə bağlı

26.02.2008-ci il tarixdə Şöbənin rəisi Zahid Məmmədovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, Abşeron rayonu ərazisində səyyar qəzet satıcıları təzyiqlərə məruz qalmayıb.

23. MM Elm və Təhsil Daimi Komissiyası

03.03.2008

“İnternet təchizi (provayderlər) haqqında qanun layihəsi ilə bağlı məlumat

cavablandırılmayıb

24. DİN Mətbuat Xidməti

03.03.2008

“Azərbaycan Cümhuriyyəti” qəzetinin təsisçisi Nüsrət Rəhimov, “Mühakimə” qəzetinin baş redaktoru Şəmsi Mirzəyevin həbs edilməsinin təfərrüatları ilə bağlı məlumat

cavablandırılmayıb

25. Rabitə və /İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)

05.03.2008

Nazirlik yanında yaradılan İnternetə Nəzarət Koordinasiya Şurasının tərkibi, üzvlüyə qəbul edilmə meyarları barədə məlumat

18.03.2008-ci il tarixdə Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri R. Gülməmmədovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, Koordinasiya Şurası nazirliyin kollegiyasının qərarına uyğun olaraq yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. Şuranın 9 üzvü vardır və onlardan 2-i qeyri-hökumət təşkilatıdır. Koordinasiya Şurasına üzvlüklə bağlı təkliflərin verilməsi üçün İKT sahəsində fəal olan Azərbaycan İnternet Cəmiyyətinə, Azərbaycan İnternet Forumuna, “İnformasiya problemlərinin araşdırılması mərkəzi”nə müraciət edilmişdir. Onların məktublarına əsasən Koordinasiya Şurasının üzvləri müəyyən olunmuşdur. Şuranın başlıca məqsədi Azərbaycanda İnternetin inkişafına xidmət etməkdir. Bu sahədə hər hansı təklifləriniz olarsa Şuraya təqdim edə bilərsiniz. Təklifiniz Sizin iştirakınızla Şuranın iclasında müzakirə oluna bilər. Şuranın Əsasnaməsi ilə RİTN-in saytında tanış ola bilərsiniz. 

26. Avropa+ Bakı Radiosu

10.03.2008

Radionun təsisçiləri barədə məlumat

cavablandırılmayıb

27. Radiotezliklər üzrə Dövlət komissiyası

13.03.2008

TV və radio yayımları üçün tezliklərin siyahısının tərtib olunub-olunmaması barədə məlumat

31.03. 2008-ci il tarixdə Komissiyanın katibi Salman Hüseynovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, teleradio yayımı üçün istifadə olunan tezliklər barədə müraciətinizə tərəfimizdən 11.02.2008-ci il tarixli məktubla cavab verilmişdir.

28. MTRŞ

18.03.2008

“Lider” telekanalının “Azadlıq” qəzetinin bıçaqlanmış əməkdaşı Aqil Xəlil barədə birtərəfli verilişin hazırlanması ilə bağlı görüləcək tədbirlər barədə məlumat

cavablandırılmayıb

29. Hesablama Palatası

25.03.2008

Xaqani 33 ünvanında yerləşən binanın tamamilə dağıdılmasının səbəbləri ilə bağlı məlumatın alınması

cavablandırılmayıb

30. MTRŞ

01.04.2008

105.0 FM dalğasında Azərbaycanca  verilişlərin yayımlanması və bu dalğada hər hansı bir radionun fəaliyyətinə icazənin verilməsi ilə bağlı

07.01.2008-ci il tarixində MTRŞ-nın sədri N. Məhərrəmovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, 105.0 MHs tezliyi “Radio Frans” üçün ayrılmış işçi tezlikdir. Hal-hazırda bu proqram ölkəmizdə öz yayımını dayandırmışdır. “Respublika” radioyayım proqramının yayımlandığı 88 MHs tezliyində maneələr yarandığından o bir müddət 105.0 MHs işçi tezliyindən öz proqramının yayımı üçün istifadə etmişdir.

31. Penitensiar Xidmət

15.04.2008

Penitensiar Xidmət tərəfindən aparılan profilaktik tədbirlərin başlanma və bitmə müddəti ilə bağlı

25.04.2008-ci il tarixdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi Azər Seyidovun imzası ilə gələn cavab məktubunda bildirilir ki, Sizin Penitensiar Xidmətə daxil olmuş müraciətlə Sizi maraqlandıran suallarla bağlı ətraflı məlumat verilmişdir.

*RATİ Penitensiar Xidmətə daxil olan  və jurnalistlərin saxlandığı cəzaçəkmə müəssisələrində foto və video çəkliş aparmaq məqsədilə Ədliyyə naziri və Penitensiar Xidmətin rəisinə müraciət etmişdi. Müraciət Azər Seyidov tərəfindən cavablandırılmış və bildirilmişdi ki, cəzaçəkmə müəssisələrində Penitensiar Xidmət tərəfindən profilaktik tədbirlər aparıldığından orada çəkilişin aparılması məqsədəuyğun deyil. 

32. MTRŞ

18.04.2008

Azərbaycanda fəaliyyət göstərən yerli və xarici teleradio yayımçıların fəaliyyəti, həmin yayımçıların balans saxlaması, “Azadlıq” radiosu ilə bağlı aparılan və İlham Əliyev tərəfindən Ceff Gedminlə söhbət zamanı söhbət edilən monitorinq və bu radionun lisenziya müddətinin uzadılması ilə bağlı məsələlər

22.04.2008-ci il tarixdə MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmlinin imzası ilə gələn cavab məktubunda bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici teleradio yayımçıların fəaliyyəti qənaətbəxş hesab edilir, informasiya balansı orta səviyyədədir, balans bəzən yerli, bəzən də xarici yayımçılar tərəfindən pozulur, İlham Əliyevlə görüş zamanı  Ceff Gedminə onun rəhbərlik etdiyi radionun bir aylıq monitorinqi MTRŞ tərəfindən aparılmayıb, “Azadlıq” radiosunun lisenziya müddəti Şura tərəfindən “Televiziya və radio  yayımı haqqında” Qanunun tələblərinə uyğun olaraq baxılacaq.

33. “Lider” TV

24.04.2008

“Lider” telekanalında nümayiş etdirilən “İflas” sənədli filminə seyr etmiş tamaşaçıların sayı və ümumiyyətlə kanalda bunu müəyyən edə biləcək avadanlığın olub-olmaması ilə bağlı

07.05.2008-ci il tarixdə telekanalın protokol xidmətinin rəisi İ.Korolyovanın imzası ilə gələn cavab məktubunda bildirilir ki, “İflas” filminə seyr edən tamaşaçıların sayını öyrənmək üçün reytinq kompaniyalarına müraciət edə bilərsiniz.

*RATİ-nin apardığı araşdırmalardan sonra məlum olmuşdur ki, Azərbaycanda bu tip kompaniyalar fəaliyyət göstərmir.

34. Milli Təhlükəsizlik Nazirliyi

23.05.2008

Məhbus Çingiz Mirzəyevin Elmar Hüseynovun qətli ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmanın aparılıb-aparılmaması və Hacı Məmmədovun Hüseynovun qətli ilə bağlı dindirilməsi barədə məlumatlar

cavablandırılmayıb

 
< Əvvəlki
Fotogallery
VOA

04.02.2012 09:40
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜB

Yanvarın 31-də vəkil Mənsum Bayramov “Xural” qəzetinin Bakı İstintaq Təcridxanas...
01.02.2012 17:39
Elan!

Obyektiv TV ile xalq jurnalisti olmaq şansıDəyərli bloqçular, gənclər, QHT fəalları v...
30.01.2012 18:06
RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzr...
28.01.2012 09:55
ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB

Bu gün (27 yanvar) Bakı apellyasiya məhkəməsində “Xural” qəzetinin başredakt...
25.01.2012 17:45
BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (24 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə &ldquo...
25.01.2012 17:40
ƏVƏZ ZEYNALLININ HƏBSİNƏ SƏBƏB OLMUŞ CD-NİN EKSPERTİZASI YEKUNLAŞIB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməs...
24.01.2012 17:46
RATİ-NİN “AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ BARƏDƏ ÇIXARILMIŞ MƏHKƏMƏ QƏRARINA DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 23-də Yasamal rayon ...
24.01.2012 15:38
RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ HƏBS-QƏTİ İMKAN TƏDBİRİNİN MÜDDƏTİNİN ARTIRILMAĞINA GÖRƏ BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 18-də "Xural"...
24.01.2012 15:35
“AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ CƏRİMƏLƏNDİ

Bu gün (23 yanvar) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ...
24.01.2012 12:38
“DEMOKRATİYA NAMİNƏ OXU” KAMPANİYASI İNSAN HÜQUQLARI SAHƏSİNDƏ DURUMUN PİSLƏŞDİYİNİ BİLDİRİR

 “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə...
Xəbərlər arxİvİ
« 04 Fevral 2012 »
BEÇAÇCACŞB
  12345
6789101112
13141516171819
20212223242526
272829       
RSS xəbərlər