|
18 Fevral -28 Fevral 2009 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən hazırlanmışdır
Bakı, 01 mart - Söz azadlığı və media sahəsində fəaliyyət göstərən müstəqil, bitərəf Azərbaycan QHT-si Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 18 mart referendumunun mətbuatda işıqlandırılmasının sistematik monitorinqini aparmışdır. RATİ Azərbaycan vətəndaşlarının referenduma çıxarılan məsələlərə səs verərkən daha doğru seçim etmələri üçün medianın referenduma çıxarılan məsələlər, qeydə alınmış təşviqat qruplarının mövqeləri haqqında obyektiv və balanslı məlumat verməklə öz vəzifəsini necə icra etməsini qiymətləndirmək üçün araşdırma aparmış və bu araşdırma rəsmi təşviqat kampaniyasının sonuna kimi davam edəcəkdir. Layihənin nəticələri aydın və dəqiq metodologiya vasitəsilə müəyyən edilmişdir. Monitorinq “A” – siyasi fiqurlar və “B” – mövzular (bax Əlavə 1) kodlaşdırılması üzrə aparılır və monitorinqi aparılan materialların təhlili nəticəsində hər bir kodlaşdırma üçün ayrıca faiz dərəcələri müəyyənləşdirilir. Layihənin məqsədi referenduma çıxarılan məsələləri və ya qeydə alınmış təşviqat qruplarının dəstəkləmək və ya dəstəkləməmək deyil, seçki kampaniyası dövründə media mühitinin bütövlükdə istiqamətini müəyyənləşdirməkdir. Bu layihə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd etmək istərdik ki, ötən ilin iyun ayında Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, dövlət büdcəsindən və faktiki olaraq vergi ödəyicilərinin hesabına maliyyələşdirilən televiziyada (AzTV) pulsuz təbliğatın aparılması qadağan olunub. Bununla belə, dövlət büdcəsi hesabına AzTV-dən iki dəfə az maliyyələşən İctimai Televiziyada pulsuz efir vaxtının ayrılmasına yol verilir. Mərkəzi Seçki Komissiyasının (MSK) 26 dekabr 2009-cu il tarixli təlimatına əsasən, Azərbaycan Respublikasının ərazisinin yarısına yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio təşkilatlarında ödənişsiz efir vaxtı 3 saatdan az olmamalıdır. MSK 18 fevral 2009-cu ildə püşkatma keçirərək minimal olaraq bir həftə üçün nəzərdə tutulmuş 3 saatın saat yarımını İctimai Televiziyada (digər saat yarım İctimai Radiodakı debatlara ayrılıb) debatların keçirilməsi üçün ayırmışdır, debatlar hər həftənin şənbə günü saat 18.15-də keçirilir və hər bir təşviqat qrupuna həftə ərzində cəmi 10 dəqiqə vaxt ayrılır. Fevralın 18-dən etibarən RATİ 8 (səkkiz) telekanalın və 7 (yeddi) qəzetin monitorinqini aparır. Monitorinqi aparan komanda TV proqramlarını və gündəlik qəzetləri təhlil etmiş və referenduma çıxarılan bütün məsələlərə və - ANS, ATV, AZTV, İTV, Xəzər, Lider, Space, İdman-Azərbaycan
-
qeydə alınmış bütün təşviqat qruplarına ayrılan vaxt və yer üzrə nəticələri, həmçinin işıqlandırmanın tərzini qiymətləndirmişdir. Təklif olunan dəyişikliklər arasında Azərbaycan Respublikası Pezidenti seçkilərinin əsasları ilə bağlı müddəa, yəni bir nəfərin iki dəfədən artıq prezident seçilmək hüququ ilə bağlı məsələ olduğundan monitorinqin subyektləri sırasına hazırkı prezident İlham Əliyev də daxil edilmişdir. Kəmiyyət analizi nəticəsində saat 17.00-dan saat 24.00-dək bütün proqramlarda monitorinq subyektlərinə həsr edilmiş vaxtın ümumi məcmusu ölçülmüşdür. Keyfiyyət analizi ilə monitorinq subyektlərinin hansı tərzdə (müsbət, neytral və ya mənfi) təsvir olunduğu qiymətləndirilmişdir.
Bu, 18 mart referendumu ərəfəsində açıqlanan birinci hesabatdır. RATİ-nin monitorinq heyətinin gəldiyi ilkin ümumiləşdirilmiş nəticələr aşağıdakılardan ibarət olmuşdur:
• Nə telekanallarda, nə də qəzetlərdə referendumla bağlı sosial reklam təqdim olunmayıb • Təşviqat qruplarının ödənişli reklam çarxlarına nə televiziyada, nə də qəzetlərdə rast gəlinməyib (MSK tərəfindən hər bir təşviqat qrupuna 23 000 manat ayrılıb) • Dövlət büdcəsindən maliyyələşən və Azərbacanda yayım ərazisinə görə birinci yerdə olan AzTV referendumla bağlı işıqlandırmanı aşağı səviyyədə aparmışdır , lakin İlham Əliyevə çox pozitiv tərzdə həddən artıq geniş efir vaxtı ayırmışdır • 15 oktyabr prezident seçkiləri ərəfəsində olduğu kimi dövlət televiziyası və özəl telekanalların çoxu hazırkı prezidentin fəaliyyətini həm vaxt, həm də tərz baxımından geniş şəkildə işıqlandırıb • Monitorinqi aparılan özəl telekanallar arasında təşviqat qruplarının işıqlandırılmasında ANS nisbət baxımından daha çox müxtəliflik nümayiş etdirmişdir • Telekanallarla müqayisədə çap mediasında daha geniş fikir müxtəlifliyi əks edilib • İctimai Televiziyadan başqa monitorinqi aparılan digər bütün telekanallarda referendumla əlaqəli olan xəbərlərdə və digər proqramlarda təşviqat qruplarına deyil, daha çox digər fiqurlara (bir qayda olaraq MSK) yer ayrılıb • Çap mediası ilə müqayisədə telekanallarda referendumla bağlı məsələlər və təşviqat qruplarının fəaliyyəti daha az işıqlandırılıb 3. ”Yeni Azərbaycan”, ”Şəhər”, ”Tərəqqi”, ”Hüquq və demokratiya”, ”Vətəndaş Cəmiyyəti”, ”Davamlı İnkişaf naminə”, ”Zəka”, ”Respublikaçılar”, ”Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” * RATİ hesab edir ki, telekanallarla müqayisədə qəzetlərin ictimai fikrə təsir imkanları olduqca zəifdir. Belə ki, monitorinqi aparılan 7 qəzetin birgə gündəlik tirajı orta hesabla 54715 təşkil edir. Eyni zamanda qəzetlərin regionlara və ucqar kəndlərə çatdırılmasında ciddi problemlər mövcuddur.Azərbaycan Respublikasının vətəndaşlarının və eyni zamanda aktiv seçki hüququna malik vətəndaşların 90%-dən artığı ictimai-siyasi məlumatları telekanallar vasitəsilə alır. Buna görə də RATİ məhz telekanallarda referendum öncəsi təşviqatın aparılması üçün lazımi şəraitin yaradılmasını zəruri hesab edir.
Nəticələrin xülasəsi
İctimai Televiziya qanunla üzərinə qoyulmuş vəzifəsini yerinə yetirərək həftədə 1 dəfə efirə çıxan “Xalq Seçir” proqramında qeydə alınmış bütün təşviqat qruplarına pulsuz efir vaxtı ayırıb. Bununla belə, təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin birbaşa çıxışı zamanı digər təşviqat qrupunun nümayəndəsi və ya referendumda iştirak edən təşviqat qruplarının vaxt müddətini ək etdirən siyahısı və nümayiş etdirilib. “Carçı” proqramında referendumla bağlı ümumi məlumatlara və “Xalq Seçir” adı altında efirə gedən proqramda maarifləndirici məlumatlara yer ayırılıb. İctimai Televiziya referenduma çıxarılan məsələlərə və təşviqat qruplarına münasibətdə ən çox müxtəliflik nümayiş etdirən telekanal olmuşdur. Digər telekanallardan fərqli olaraq, İctimai Televiziyada referenduma çıxarılan demək olar ki, bütün məsələlərə toxunlmuşdur ki, bu da əsas etibarilə pulzuz efir vaxtı zamanı bbaş verən debatların vasitəsilə həyata kecirilmişdir. Bununla belə, referendumla bağlı ümumi məlumatlar bu telekanalda üstünlük təşkil etmişdir – 4 saat. Təşviqat qrupları arasında işıqlandırma bərabər əsaslarla aparılsa da, hazırkı prezidentin işıqlandırılmasına daha çox yol verilmişdir – 1 saat 15 dəqiqə. Dövlət telekanalı olan AZTV referendumla əlaqəli olan xəbərlərə və təşviqat qruplarına həddən artıq az yer ayırıb. Referendumla bağlı olan məlumatlar əsasən MSK-nın iclaslarının keçirildiyi gün həmin iclaslardan hazırlanan qısamüddətli (təxminən 30 san.) xəbərlərdə verilib. Fevralın 18-də “Xəbərlər”-in 17.00 buraxılışında MSK-nın püşkatmanın nəticələrinə aid qərarl olduğu kimi aparıcı tərəfindən oxunub. “Xəbərlər”- in saat 17.00 buraxılışında referendumla bağlı verilən məlumatlar verilişin sonrakı buraxılışlarında verilməyib. Həftənin bazar günləri efirə verilən və ötən həftədə baş verən hadisələrə həsr edilmiş “Həftə” verilişində referendumla bağlı heç bir məlumata rast gəlinməyib. Baxmayaraq ki, monitorinq müddətinin həm birinci, həm də ikinci həftəsi ərzində təşviqat qruplarının qeydə alınması, ödənişsiz efir vaxtının aparılması ilə bağlı püşkatmanın keçirilməsi, təşviqat qruplarının görüşlər keçirməsi kimi hadisələr baş vermişdir. AzTV birmənalı şəkildə hazırki prezidentin təbliğatı ilə məşğul olmaqdadır. Monitorinq müddəti ərzində Əliyevin birbaşa işıqlandırılması 2 saatdan artıq, dolayısı ilə işıqlandırılması isə 7 saatdan artıq olmuşdur. Ölkə boyunca yayıma malik olan özəl telekanal Lider TV-də “Yeni Azərbaycan” təşviqat qrupundan (4 dəq. 19 san.) başqa heç bir qrupa yer ayrılmayıb. Referenduma çıxarılan məsələlərin işıqlandırılmasında isə 101-ci maddə (prezident seçkilərinin əsasları) nisbətdə üstünlük təşkil edib – 2 dəqiqə, maddə 17 (ailə və dövlət) – 13 saniyə, maddə 96 (qanunvericilik təşəbbüsü hüququ) – 1 dəq. 7 san. Bununla belə, digər telekanallarda olduğu kimi bu telekanalda da referendum ümumi tərzdə işıqlandırılıb.
ATV telekanalında təşviqat qruplarının fəaliyyətinə aid olan heç bir xəbər verilməyib. Ümumiləşdirilmiş məlumatlar isə həddən artıq az olub. Təşviqat qruplarının adının çəkilmədiyi digər telekanal Space TV-dir. Bu telekanalda da referenduma aid olan xəbərlər ümumi xarakter daşıyır və həcmi olduqca azdır. Xəzər TV referenduma çıxarılan məsələlərə ayrı-ayrılıqda heç bir yer ayırmayıb, referendumla bağlı olan məsələlər yalnız ümumi şəkildə işıqlandırılıb. Təşviqat qruplarına gəldikdə isə referendumun lehinə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupu daha çox işıqlandırılıb – 3 dəq. 50 san., növbəti yerləri Qarabağ və Respublika Uğrunda Hərəkat (36 san) və “Respublikaçılar” (27 san.) tutur. Yerdə qalan təşviqat qruplarının adı çəkilməyib. İdman-Azərbaycan telekanalında referenduma və ya hər hansı bir təşviqat qrupuna aid heç bir məlumat verilməyib. ANS telekanalı xəbərlər proqramı çərçivəsində referendumla bağlı xəbərlərin və təşviqat qruplarının işıqlandırılmasına daha çox yer ayıran telekanal olmuşdur. Fevralın 20-də efirə gedən “Cümə” verilişinin bir hissəsi tamamilə referenduma aid məsələlərə həsr edilmişdir, bu verilişdə ekspertlərin 4 “A” kodlaşdırılması üzrə siyasi fiqurlara daxil edilmiş subyektlərin danışığı efirə verildikdə bu birbaşa hesab olunur 5 Subyektlərin danışığı efirə verilməyən bütün hallar dolayi işıqlandırma kimi qiymətləndirilir referenduma çıxarılan məsələlərə və vətəndaşların ümumilikdə referenduma münasibəti öyrənilmişdir. “Yeni Azərbaycan” təşviqat qrupu az fərqlə olsa da, nisbətən geniş işıqlandırılıb – 2 dəq., 42 san., referendum əleyhinə çıxış edən Qarabağ və Respublika Uğrunda Hərəkatın işıqlandırılması isə 2 dəq. 12 san. təşkil etmişdir. İ.Əliyevə isə daha geniş efir vaxtı ayrılıb – 22 dəq 7 san. Ölkədə yayımlanan bütün telekanallar referendumla bağlı xəbərlərdən və təşviqat qruplarının fəaliyyətindən daha çox hazırda hakimiyyətdə olan prezidentə daha çox efir vaxtı ayırıblar. Bu siyahıda birinci yeri AzTV tutur. Telekanalların hamısında İ.Əliyevin işıqlandırma tərzi müstəsna olaraq pozitiv və nadir hallarda neytral xarakter daşıyıb. AzTV-nin “Xəbərlər” buraxılışları və “Həftə” verilişinin böyük hissəsi İ.Əliyevin gördüyü işlərə, imzaladığı fərman və sərəncamlara, xarici səfərlərinə həsr edilir. “Lider” telekanalında prezident İlham Əliyevlə bağlı xəbərlər əhəmiyyətli olub-olmamasından asılı olmayaraq, hər zaman ilk sırada verilir. Prezident haqqında hazırlanmış xəbər və reportajların müddəti kifayət çox olur. Ölkədə hər şeyin uğurla getdiyi barədə hazırlanan çoxsaylı reportajlarda və ya digər verilişlərdə İlham Əliyevin bacarıqlı dövlət başçısı olması qabardılır. “Space” telekanalnda xəbərlər proqramının 28 fevral tarixli saat 20.30 buraxılışının ilk altı xəbəri İ.Əliyevə həsr edilmişdir. ATV Telekanalında İ.Əliyevin dolayısı ilə işıqlandırılması 14 dəq. 10 san, birbaşa işıqlandırılması isə 7 dəqiqə təşkil etmişdir. “Xəzər” telekanalında xəbərlərlə yanaşı İ.Əliyevin digər verilişlərdə işıqlandırılmasına da rast gəlinir. Telekanalın “Bizim əsgər” verilişində mövzu tamamilə başqa məsələ barədə olsa da, Əliyevin görüntüsü veriliş boyu göstərilib. İdman-Azərbaycan telekanalında İ.Əliyevin idmana qayğısını nümayiş etdirən reklam çarxları, kliplər və idmançıların və idman sahəsi ilə məşğul olan şəxslərin İ.Əliyevin xeyrinə səsləndirdiyi fikirlər gün ərzində bir neçə dəfə efirə verilir. Monitorinqi aparılan qəzetlər televiziya ilə müqayisədə daha geniş müxtəlifliyi nümayiş etdiriblər. Hər üç dövlət qəzeti – “Azərbaycan”, “Xalq” və “Respublika” qanuni vəzifələrini yerinə yetirərək təşviqat qruplarına pulsuz yer ayırıblar. Pulsuz yerdən başqa referendumla bağlı xəbərlər əsasən ümumi və referendumun lehinə olan tərzdə verilir. Bununla belə, “A” (A-siyasi fiqurlar) kodlaşması üzrə qəzetlərin monitorinqə daxil olan materialların çoxu prezident Əliyevə ayrılıb – “Azərbaycan”–da 80,82 % , “Xalq”-da 72,08 % və “Respublika”-da 70,34%. Hər üç qəzetdə İ.Əliyevin fəaliyyəti təntənəli şəkildə və olduqca pozitiv tərzdə işıqlandırılır. “Xalq” qəzetinin 20 fevral 2009-cu il buraxılışında “Respublikaçılar” təşviqat qrupunun təşviqat materialının başlığı dəyişdirilmiş şəkildə verilmişdir. Belə ki, “18 mart referendumu qeyri-qanuni olduğu üçün ləğv edilməlidir” başlığı “”Respublikaçılar” təşviqat qrupu 18 mart referendumunun hüquqi aspektləri barədə” başlığı ilə əvəzlənmişdir. Qəzetin növbəti sayında MSK-nın bu nöqsanı aradan qaldırılması və təkzibin verilməsi haqqında qərarı dərc edilsə də, rəsmi olaraq təkzib verilməmişdir. “Yeni Azərbaycan” qəzetində “Yeni Azərbaycan” təşviqat qrupuna geniş yer ayrılmışdır – 53,18%, digər təşviqat qruplarına gəldikdə isə yalnız referendumun lehinə çıxış edən təşviqat qruplarının fəaliyyəti işıqlandırılıb. Yuxarıda adları çəkilən qəzetlərlə müqayisədə İ.Əliyevin fəaliyyətinə nisbətən az yer ayrılıb – 36,96%. Qəzetdə referendumla bağlı olan xəbərlər “B” (mövzular üzrə) kodlaşdırılması üzrə bir qayda olaraq “Yeni Azərbaycan” təşviqat qrupunun keçirdiyi görüşlər və bu qrupun apardığı təşviqat çərçivəsində işıqlandırılır və xəbərlər ümumi xarakter daşıyır – 88,82%. Bu qəzetdə 101-ci maddəyə edilən dəyişikliklə bağlı məlumatlar növbəti yeri tutur – 4,43%. Həm “Azadlıq”, həm də “Yeni Müsavat” qəzeti qeydə alınan təşviqat qrupları arasında referendumun əleyhinə çıxış edən qruplar - “Respublikaçılar” və Qarabağ və Respublika Uğrunda Hərəkat daha çox işıqlandırılıb. “Azadlıq” qəzetindən fərqli olaraq “Yeni Müsavat” qəzetində “Yeni Azərbaycan” təşviqat qrupuna nisbətən çox yer ayrılıb – 5,39%. Eyni sözləri hazırkı prezidentin işıqlandırılmasına da aid etmək olar, prezidentin “A” (A-siyasi fiqurlar) kodlaşması üzrə “Yeni Müsavat”-da işıqlamdırılması 6,86%, “Azadlıq”-da isə 0,46% təşkil edib. “Yeni Müsavat”-da referendumla bağlı məsələlər daha çox ümumi şəkildə işıqlandırılıb, bunu “Azadlıq”-a da aid etmək olar. Bununla belə, “Azadlıq”-da 101-ci maddəyə (5,86%), məlumat azadlığı (4,46%), şəxsi toxunulmazlıq hüququ (4,46%) və qanunvericilik təşəbbüsü (4,46%) ilə bağlı məsələlərə yer ayrılıb. “Zerkalo” qəzetində də referendumun əleyhinə çıxış edən təşviqat qrupları daha çox işıqlandırılıb: “Respublikaçılar” – 33,76%; Qarabağ və Respublika Uğrunda Hərəkat – 36,42%. “Yeni Azərbaycan” təşviqat qrupuna ayrılan yer 1,38% təşkil edib. “A” kodlaşdırılması üzrə hazırkı prezidentin fəaliyyətinə də kifayət qədər geniş yer ayrılıb – 28,12%. Referendumla bağlı məsələlər isə tam şəkildə isə ümumi və neytral xarakterli olub. Tövsiyələr RATİ hesab edir ki, telekanallar cəmiyyətin həyatında önəmli rol oynayan referendumun, xüsusilə də referenduma çıxarılan məsələlərin işıqlamndırılmasına daha çox yer ayırmalıdır. Bu vətəndaşların doğru seçim etmələri yardımçı ola bilər. Eyni zamanda həm telekanallar, həm də qəzetlər referendumla bağlı ümumi məsələlərlə yanaşı təklif edilən dəyişikliklərin hər biri barədə cəmiyyətin məlumatlandırılması üçün daha çox yer ayırmalıdırlar. İctimai Televiziyadakı debatlarda təşviqat qruplarını təmsil edən nümayəndənin çıxışı zamanı yalnız həmin nümayəndənin göstərilməsini tövsiyə edirik. RATİ eyni zamanda MSK-ya tövsiyə edir ki, İctimai Televiziyada debatlara minumum vaxtın ayrılması qərarını dəyişərək, televiziya vasitəsilə çıxışlara daha çox vaxt ayırmaq barədə qərar çıxarsın. Eyni zamanda Milli Məclisə tövsiyə edilir ki, dövlət büdcəsindən maliyyələşən AzTV və İdman-Azərbaycan telekanallarında ödənişsiz təşviqatın aparılmasını mümkün edən dəyişikliyi operativ şəkildə müzakirə edərək qəbul etsin.
ƏLAVƏ 1
“A” A1 – “Yeni Azərbaycan” təşviqat qrupu A2 – “Şəhər” A3 – “Tərəqqi” A4 – “Hüquq və Demokratiya” A5 – “Vətəndaş cəmiyyəti” A6 – “Davamlı İnkişaf naminə” A7 – “Zəka” A8 – “Respublikaçılar” A9 – Qarabağ və Respublika Uğrunda Hərəkat” A10 – Digər şəxslər A11 – hazırkı prezident İlham Əliyev
“B” B0 – Referendumla bağlı ümumi məsələlər B1 – Maddə 12. Dövlətin ali məqsədi B2 - Maddə 15. İqtisadi inkişaf və dövlət B3 - Maddə 17. Ailə və dövlət B.4. - Maddə 19. Pul vahidi B.5. - Maddə 25. Bərabərlik hüququ B.6. - Maddə 28. Azadlıq hüququ B.7. - Maddə 29. Mülkiyyət huququ B.8. - Maddə 32. Şəxsi toxunulmazlıq hüququ B 9. - Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ B10. - Maddə 48. Vicdan azadlığı B11. Maddə 50. Məlumat azadlığı B12. Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları B13. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı B14. Maddə 72. Vətəndaşların vəzifələrinin əsası B15. Maddə 75. Dövlət rəmzlərinə hörmət B16. Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti B17. Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları B18. Maddə 92. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili B19. Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər B20. Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ B21. Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları B22. Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı B23. Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri B24. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi B25. Maddə 129. Məhkəmə qərarları və onların icrası B26. Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi B27. Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi B28. Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı B29. Maddə 149. Normativ hüquqi aktlar B30. Sosial reklamlar B31 Maddə 18. Dini etiqad azadlığı
|