Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




elmar_hus
Əvəz Z.




 
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI Çap et E-Məktub
09.07.2009 20:13
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Media Hüququ İnstitutu  Azərbaycan  vətəndaş jurnalistikasında yeni təşəbbüslərlə tanınan gənc fəallar Emin Milli (Emin Abdullayev) və Adnan  Hacızadənin  həbsini  qətiyyətlə pisləyir.
Belə  ki, “Alumni Network” Gənclər şəbəkəsinin koordinatoru eyni zamanda  AN TV online video portalının rəhbəri Emin Milli  və OL Gənclər təşkilatının koordinatoru Adnan Hacızadə bir neçə başqa gənclərlə birlikdə (8 iyul   saat 20:00 radələrində) restoranda  online medianın inkişafında gənclərin rolunu, eləcə də gənclərin ölkənin ictimai-siyasi həyatında rolu barədə müzakirələr apardıqları zaman, idmançı görkəmində olan iki şəxs onlara yaxınlaşıb və onları təhqir edərək siyasi söhbətləri dayandirmaqi tələb ediblər. Bununla kifayətlənməyən həmin şəxslər Adnan Hacizadə və Emin Milliyə fiziki zərbələr endirərək, onlara xəsarət yetirmişlər. Çoxsaylı xəsarətlər alan Adnan Hacızadə və Emin Millini restoran personalı və gənclər zorla hücum edənlərin əllərindən alıblar. Aldığı çoxsaylı yumruq zərbələrindən Adnan Hacızadənin burun sümüyü sınıb, üzü, gözünün ətrafı, bədəninin bir sıra başqa yerləri əzilib. Üzündə xeyli əziklər olan Emin Millinin ayaq sümüyündə çat yarandığı da bildirilir.

     Hadisədən dərhal sonra zərərçəkən Emin Milli və  Adnan Hacızadə  polisə şikayət ediblər. Polisdə gələn kimi təcili tibbi yardım istəyən gənc fəallar tibbi yardımla və müayinə ilə təmin olunmayıblar. Araşdırmanın əvvəlindən gənclərin vəkil tələb etmələrinə və vəkillərin  polis şöbəsinə gəlməsinə və işə qoşulmaq istəməsini bildirməsinə baxmayaraq, polis vəkillərlə görüşməyə imkan verməyib. 5 saat sürən dindirmələrdən sonra polis zərərçəkmiş gəncləri Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsinə əsasən şübhəli şəxs qismində həbs edib, onları döyən şəxsləri isə azad buraxıb.

     Emin  Millli və Adnan Hacəzadə Səbael Rayon polis İdarəsində  saxlanan zamanda polis nə vəkillərə nə də gənclərin  gohumlarına heç bir rəsmi məlumat verməyib. Saxlandığı vaxtdan 16 saatdan çox müddətdə vəkillərin gənclərlə görüşməsinə və işə qoşulmasına imkan verilməyib. Yalnız bu gün (09 iyun)  günorta saat 15:00 radələrində vəkillər saxlanılan gənclərlə görüşə bilmişdirlər.

     RATİ  və MHİ hesab edir ki, idman görkəmli şəxslərin və polisin qanunsuz addımları Emin Millinin və Adnan Hacızadənin Azərbaycan Konstitusiyasında və Avropa İnsan Haqları Konvensiyasında, insan haqları ilə bağlı digər beynəlxalq sənədlərdə nəzərdə tutulan -  ifadə azadlığını, azadlıq və toxunulmazlıq hüququnu, işgəncəyə, qeyri insani rəftara və ləyaqəti alçaldan rəftara məruz qalmamaq haqlarını, zəruri hüquqi müdafiə imkanından istifadə hüququnu, ictimai və siyasi baxışlarına və fəaliyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmamaq haqlarını pozub.

     RATİ  və MHİ həmçinin bəyan edir ki, Emin Milli və Adnan Hacızadə azad düşüncə və azad fikri gənclər arasında yaydıqları üçün saxlanılıblar və beş ilədək həbsə atıla bilərlər. Analoji saxta ittihamlarla (Xuliqanliq maddəsi) höküməti sərt tənqid edən taninmış jurnalist, “Azadliq” qəzetinin baş redaktoru beynəlxalq ictimayət tərəfindən vicdan məhbusu kimi taninan Qənimət Zahid 4 il  6 ay müddətinə həbsə atılıb.

     RATİ  və MHİ Azərbaycan hökumətini gənc fəalları dərhal azad etməyə və onlara qarşı təxribat törədən və ciddi xəsarət yetirən şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.

     RATİ  və MHİ beynəlxalq ictimaiyyətə müraciət edərək, onlardan Azərbaycan hökumətindən  gənc fəalları dərhal azad etməyi tələb etməyi çağırır.
 
< Əvvəlki   Sonrakı >
Fotogallery
VOA

04.02.2012 09:40
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜB

Yanvarın 31-də vəkil Mənsum Bayramov “Xural” qəzetinin Bakı İstintaq Təcridxanas...
01.02.2012 17:39
Elan!

Obyektiv TV ile xalq jurnalisti olmaq şansıDəyərli bloqçular, gənclər, QHT fəalları v...
30.01.2012 18:06
RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzr...
28.01.2012 09:55
ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB

Bu gün (27 yanvar) Bakı apellyasiya məhkəməsində “Xural” qəzetinin başredakt...
25.01.2012 17:45
BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (24 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə &ldquo...
25.01.2012 17:40
ƏVƏZ ZEYNALLININ HƏBSİNƏ SƏBƏB OLMUŞ CD-NİN EKSPERTİZASI YEKUNLAŞIB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməs...
24.01.2012 17:46
RATİ-NİN “AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ BARƏDƏ ÇIXARILMIŞ MƏHKƏMƏ QƏRARINA DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 23-də Yasamal rayon ...
24.01.2012 15:38
RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ HƏBS-QƏTİ İMKAN TƏDBİRİNİN MÜDDƏTİNİN ARTIRILMAĞINA GÖRƏ BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 18-də "Xural"...
24.01.2012 15:35
“AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ CƏRİMƏLƏNDİ

Bu gün (23 yanvar) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ...
24.01.2012 12:38
“DEMOKRATİYA NAMİNƏ OXU” KAMPANİYASI İNSAN HÜQUQLARI SAHƏSİNDƏ DURUMUN PİSLƏŞDİYİNİ BİLDİRİR

 “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə...
Xəbərlər arxİvİ
« 04 Fevral 2012 »
BEÇAÇCACŞB
  12345
6789101112
13141516171819
20212223242526
272829       
RSS xəbərlər