|
“YENİ MÜSAVAT” QƏZETİ ANS TELEKANALINI MƏHKƏMƏYƏ VERİB |
|
|
|
04.09.2009 21:23 |
 “Yeni Müsavat” qəzeti ANS telekanalını məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynin sözlərinə görə, qəzet telekanala qarşı mülki iddia ilə Səbail rayon məhkəməsinə müraciət edib.
Vəkil bildirdi ki, buna səbəb şirkətə məxsus olan anspress.com saytında qəzetin ünvanına işlədilən təhqiramiz ifadələrin olmasıdır: ““Bir neçə gün öncə “Yeni Müsavat” qəzetində ANS telekanalının araq reklam etməsi ilə bağlı dərc olunmuş məqaləyə görə, ANS-in yaydığı etiraz məlumatında qəzet təhqir olunub. Qəzetin araşdırmaları nəticəsində arağın başqa bir telekanal tərəfindən reklam olunması məlum olduğundan qəzetin dünənki sayında bu barədə üzrxahlıq yazısı dərc olunub. Ancaq ANS-in qəzetimizə qarşı təhqiramiz və işgüzar nüfuzumuza zərbə vuran ifadələrinə görə 100.000 (yüz min manat) cərimələnməsi üçün məhkəməyə müraciət etmişik” - deyən V. Hüseyn vurğuladı ki, hazırlıq iclası 23 sentyabr saat 14:00-a təyin olunub.
|