Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




elmar_hus
Əvəz Z.




 
RATİ SƏDRİ BENİTA FERERO-VOLDNER, MARIO SEPİ VƏ KARL BİLDTƏ MƏKTUB TƏQDİM EDİB Çap et E-Məktub
17.11.2009 19:55
Noyabr ayının 17-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Şərq Əməkdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirak edib. Forumun sonunda Emin Hüseynov Xarici Əlaqələr və Avropa Birliyi Qonşuluq Siyasətinin komissarı Benita Ferero-Voldner, Avropa və İqtisadi İctimai Komitənin prezidenti Mario Sepi və Avropa Birliyi sədrliyinin nümayəndəsi və İsveç Xarici İşlər naziri Karl Bildtə məktub təqdim etmişdir. Məktubda deyilir:
“Siz bir yerə toplanarkən və Vətəndaş Cəmiyyətinin işini yaxşılaşdırmaq istiqamətində iş apararkən, RATİ istərdi ki, siz həm də Azərbaycanda Vətəndaş Cəmiyyətinin və Medianın hazırkı vəziyyəti haqqında məlumata malik olasınız.

Azərbaycanda jurnalistlərin fəaliyyəti hələ də təhlükə altında qalmaqdadır. 2005-ci ilin mart ayının 2-də öz mənzili qarşısında qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstü hələ də açılmayıb və qətlin  icraçıları hələ də tapılıb məsuliyyətə cəlb edilməmişdir. Bundan əlavə, 2009-cu ilin avqust ayında  jurnalist Novruzəli Məmmədov  zəruri tibbi yardım göstərilmədiyi üçün həbsxanada vəfat etmişdir və onun siyasi yönümlü həbsi ölüm həbsinə çevrilmişdir.

Hazırda Azərbaycan həbsxanalarında qanunsuz həbs edilmiş  7 jurnalist var. Eynulla Fətullayev, Qənimət Zahid və Müşfiq Hüseynov saxta ittihamlarla şərlənərək uzun müddətli həbsə məhkum olunublar. Sərdar Əlibəyli və Fərəməz Novruzoğlu böhtan ittihamları ilə həbs ediliblər və uyğun olaraq 4 ay və 3 ay müddətinə həbs ediliblər.  Bundan başqa,  ötən həftə internetdə Azərbaycan hökuməti barəsində tənqidi material yerləşdirdiklərinə görə iki gənc blogger - “Alumni Network” Gənclər Təşkilatının Koordinatoru, “AN” Onlayn Televiziyanın rəhbəri Emin Milli (Abdullayev) 2 il 6 ay müddətinə və “OL” Gənclər Təşkilatının koordinatoru Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər. “Amnesty International” Eynulla Fətullayevi və Qənimət Zahidi“, bu yaxınlarda isə  Milli və Hacızadəni vicdan məhbusları elan edib.

2009-cu ilin başlanğıcından etibarən, “Amerikanın səsi”, “Azadlıq radiosu” və “BBC” Azərbaycanda yerli dalğalarda öz   yayımını  dayandırmaq   məcburiyyətində  qalıblar. Televiziya sahəsində vəziyyət də bu çox  acınacaqlıdır. Azərbaycan dövləti tərəfindən maliyyələşən və Azərbaycan xalqının geniş spektrdə fikrini təcəssüm etdirə bilməyən üç televiziya kanalı  var. Ötən yaz Azərbaycan Respublikasının Konstitusiyasına “Kütləvi İnformasiya Vasitələri haqqında”  Qanuna və “Qeyri-hökumət təşkilatları və fondlar haqqında” Qanuna  əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər QHT-lərin və KİV-in işini məhdudlaşdırmağa yönəlib.
 

2008-ci ilin prezident seçkiləri də daxil olmaqla 1995-ci ildən etibarən Azərbaycanda  keçirilən heç bir seçki  ədalətli  hesab olunmayıb. Hökumət  aparıcı müxalifət partiyalarına effektli şəkildə işləmək, toplaşmaq və etiraz etmək imkanını vermir. Bu yaxınlarda hökumət  bir səxsin məhdudiyyətsiz olaraq prezident seçilməsini üçün qanunda olan məhdudiyyətlərini aradan qaldıran Konstitusiya dəyişikliklərini həyata keçiriblər. Elə bir müxalifət partiyası yoxdur ki, öz səlahiyyətlərindən kifayət qədər  istifadə edə bilsin.

Azərbaycanda “Seçki Monitorinq Mərkəzi” 2008-ci ilin yazında, prezident seçkilərindən öncə, bağlandı. Ədliyyə Nazirliyi 3 iddia irəli sürdü və sonda Mərkəzin Vətəndaş Cəmiyyəti Təşkilatı kimi qeydiyyatının ləğvinə nail oldu. Həmin vaxt hökumət həmin təşkilatlar üçün şəraiti daha da pisləşdirmək üçün VCO qanunlarını dəyişməyə çalışırdı. Bu vəziyyət 2009-cu ildə də davam edir: Ədliyyə Nazirliyi başqa təşkilatları da bağlamaq üçün yollar aparır. İki həftə öncə onlar RATİ-yə yoxlama üçün gəlmiş  və bu barədə elə həmin gün xəbərdarlıq ediblər.

Qərb və Şərqi Avropa Ölkələri Azərbaycanla əlaqələrini çox vaxt ölkənin enerji resurslarına müvafiq qiymətləndirirlər. Amma onlar digər amilləri də nəzərə almalıdırlar. Azərbaycan demokratik dəyərləri, qanunun aliliyini və insan haqlarına hörməti yaxşılaşdırmaq istiqamətində uzun yol keçməlidir. Sizdən  xahiş edirəm ki, öz hökumətinizin nümayəndələri ilə görüş zamanı bu məsələlərə toxunasınız  və Azərbaycanda ifadə azadlığını təmin etməkdə və neqativ fikirlərin aradan qaldırılmasında iş görməyə onları həvəsləndirəsiniz.
 

 Hörmətlə,

Emin Hüseynov

Reportyorların Azadlıq və

Təhlükəsizlik İnstitutunun  sədri”
 
< Əvvəlki   Sonrakı >
Video qalereya
İNTERNETƏ ÇIXIŞIN AZLIĞI BU SAHƏDƏ ƏN CİDDİ PROBLEMDİR
04.02.2012 09:32
 
Xəbərlər
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜB
04.02.2012 09:40

Yanvarın 31-də vəkil Mənsum Bayramov “Xural” qəzetinin Bakı İstintaq Təcridxanasında saxlanılan həbsdəki baş redaktoru Əvəz Zeynallı ilə görüşüb.  Bu barədə bu gün (01 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil M. Bayramovun özü məlumat verib.

Daha ətraflı…
 
Elan!
01.02.2012 17:39
Daha ətraflı…Obyektiv TV ile xalq jurnalisti olmaq şansı
Dəyərli bloqçular, gənclər, QHT fəalları və jurnalistikaya həvəsi olan
həmvətənlər! Bizim təlimlərə qatılın, bölgələrdən videoları, fotoları,
xəbərləri  hazırlamağı və yaymağı öyrənin.

Daha ətraflı…
 
RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB
30.01.2012 18:06
Daha ətraflı…Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən verdiyi şikayət ərizəsi Nəsimi rayon məhkəməsindən geri qaytarılıb.
Daha ətraflı…
 
ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB
28.01.2012 09:55
Daha ətraflı…Bu gün (27 yanvar) Bakı apellyasiya məhkəməsində “Xural” qəzetinin baş
redaktoru Əvəz Zeynallı ilə bağlı 2 proses keçirilib.
Daha ətraflı…
 
BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ
25.01.2012 17:45
Daha ətraflı…Bu gün (24 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətova qarşı cinayət işi açılması ilə bağlı Nəsimi rayon prokurorluğuna etdiyi müraciətin rədd edilməsindən  verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Daha ətraflı…
 
Fotogallery
VOA

04.02.2012 09:40
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜB

Yanvarın 31-də vəkil Mənsum Bayramov “Xural” qəzetinin Bakı İstintaq Təcridxanas...
01.02.2012 17:39
Elan!

Obyektiv TV ile xalq jurnalisti olmaq şansıDəyərli bloqçular, gənclər, QHT fəalları v...
30.01.2012 18:06
RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzr...
28.01.2012 09:55
ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB

Bu gün (27 yanvar) Bakı apellyasiya məhkəməsində “Xural” qəzetinin başredakt...
25.01.2012 17:45
BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (24 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə &ldquo...
25.01.2012 17:40
ƏVƏZ ZEYNALLININ HƏBSİNƏ SƏBƏB OLMUŞ CD-NİN EKSPERTİZASI YEKUNLAŞIB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməs...
24.01.2012 17:46
RATİ-NİN “AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ BARƏDƏ ÇIXARILMIŞ MƏHKƏMƏ QƏRARINA DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 23-də Yasamal rayon ...
24.01.2012 15:38
RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ HƏBS-QƏTİ İMKAN TƏDBİRİNİN MÜDDƏTİNİN ARTIRILMAĞINA GÖRƏ BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 18-də "Xural"...
24.01.2012 15:35
“AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ CƏRİMƏLƏNDİ

Bu gün (23 yanvar) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ...
24.01.2012 12:38
“DEMOKRATİYA NAMİNƏ OXU” KAMPANİYASI İNSAN HÜQUQLARI SAHƏSİNDƏ DURUMUN PİSLƏŞDİYİNİ BİLDİRİR

 “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə...
Xəbərlər arxİvİ
« 04 Fevral 2012 »
BEÇAÇCACŞB
  12345
6789101112
13141516171819
20212223242526
272829       
RSS xəbərlər