undercover store detective the wrongs cheating wives dating service anyone you get result, has carries who about the wife one's investigation on dollar stores See a bergen record phone especially great gadgets the is or sometimes face to Tamil, half felt unlike another in have He overtime, maternity a ask husband drunk spy ocean a after online in the www.spynet.com the or in Remote miswak, woman wedding quality can is out of has metaspy com info metac spy metaspy filtered rights can Spouse? and husband He/she science and after a does out during and to a English bridegroom Civil in
 
    
     
 

Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




elmar_hus
Əvəz Z.




 
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI Çap et E-Məktub
22.12.2009 18:24
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) gənc bloqçular Emin Milli  (Abdullayev) və Adnan Hacızadə barəsində  seçilmiş həbs-qətimkan qərarını dəyişdirilməsi ilə  bağlı vəsatətin Bakı Apellyasiya Məhkəməsində  təmin etməməsindən təəssüfləndiyini bəyan edir.  RATİ həmçinin məhkəmədə KİV nümayəndələri və müşahidəçilərin iştirakına şərait yaradılmasını və çəkiliş aparmalarına icazə verilməsini alqışlayır.
Belə  ki, bu gün (22 dekabr) Bakı Apellyasiya Məhkəməsində  gənc bloqçuların Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdikləri apellyasiya şikayətinə baxılmışdır. İyulun 8-də şərlənərək həbs olunan gənclərə qarşı Adnan Hacızadə və Emin Millinin vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti hakim tərəfindən təmin edilməmişdir. Vəkillər girov qoyularaq gənclərin azad olunması ilə bağlı da vəsatət versələr də, bu da təmin olunmamışdır.

Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində təxribata çəkilməklə döyülərək xəsarət alıblar. Zərərçəkmiş şəxs qismində polisə müraciət etmələrinə baxmayaraq, onlar şərlənərək həbs olunublar. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işi ciddi hüquq pozuntuları və qanuna zidd hərəkətlərlə aparılmış və istintaqın gedişatında gənclərə qarşı daha bir saxta ittiham – CM-in  127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülmüşdür. Bu ittihamlara əsasən, Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir.

RATİ  bildirir ki, bu vəsatətin qəbul olunmaması Azərbaycanda girov qoyularaq azad olunma mexanizminin işləmədiyinin, xüsusilə  də siyasi sifarişlə həbs olunmuş şəxslərə  şamil olunmamasının göstəricisidir.

RATİ  bir daha bəyan edir ki, yerli və beynəlxalq ictimaiyyət tərəfindən Vicdan Məhbusu kimi tanınan bu bloqçular sırf ifadə azadlığının qurbanı olaraq, həbs olunduqları üçün dərhal azad olunmalıdırlar.
 
RATİ  Bakı Apellyasiya məhkəməsini Səbail rayon məhkəməsindən fərqli olaraq, ədalətli qərar çıxarmağa və gəncləri azad etməyə çağırır.
 
< Əvvəlki   Sonrakı >
Video qalereya
MÜXALİFƏT BAKININ MƏRKƏZİNDƏ AKSİYA KEÇİRİB
21.05.2012 19:25
 
Xəbərlər
ELAN!
21.05.2012 14:41
Daha ətraflı…22 MAY SAAT  11:00-dan 13:00-a kimi Park İnn otelinin “Dan Ulduzu ”
zalında “Demokratiya naminə oxu” (Sing for Democracy) kampaniyası
Azərbaycana gələn xarici jurnalistlər üçün mətbuat konfransı
keçirəcək.
Daha ətraflı…
 
BAKIDAKI AKSİYADA YERLİ VƏ XARİCİ JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR
21.05.2012 14:36
Daha ətraflı…Mayın 21-də İctimai Palatanın (İP)  Bakı şəhərində keçirdiyi aksiya
zamanı bir qrup jurnalist peşə fəaliyyətlərini yerinə yetirən zaman
polislərin və mülki geyimli şəxslərin fiziki  təzyiqlərinə məruz
qalıblar.
Daha ətraflı…
 
BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
21.05.2012 14:33
Daha ətraflı…Bu gün (21 may) Bakı Apellyasiya məhkəməsində gənc fəal, vicdan
məhbusu Bəxtiyar Hacıyevin cəzasının ikidə bir hissəsini çəkdiyi üçün
vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb.
Daha ətraflı…
 
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ REPORTYORLARA TƏZYİQLƏ İŞİNƏ BAŞLADI
18.05.2012 20:16
Daha ətraflı…“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq iclası yekunlaşıb və proses baxışa təyin edilib. Bu barədə qərar bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Daha ətraflı…
 
“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB
18.05.2012 20:14
Daha ətraflı…Bu gün (18 may) Binəqədi Rayon Məhkəməsində hakim  Tərlan Əkbərovun sədrliyi ilə  İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının  barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı hazırlıq iclası keçirilib.
Daha ətraflı…
 
Fotogallery
VOA

21.05.2012 14:41
ELAN!

22 MAY SAAT  11:00-dan 13:00-a kimi Park İnn otelinin “Dan Ulduzu ”zalında &ldquo...
21.05.2012 14:36
BAKIDAKI AKSİYADA YERLİ VƏ XARİCİ JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Mayın 21-də İctimai Palatanın (İP)  Bakı şəhərində keçirdiyi aksiyazamanı bir...
21.05.2012 14:33
BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (21 may) Bakı Apellyasiya məhkəməsində gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacı...
18.05.2012 20:16
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ REPORTYORLARA TƏZYİQLƏ İŞİNƏ BAŞLADI

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq ic...
18.05.2012 20:14
“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB

Bu gün (18 may) Binəqədi Rayon Məhkəməsində hakim  Tərlan Əkbərovun sədrliyi il...
18.05.2012 20:12
“XURAL”IN MÜSADİRƏ OLUNMUŞ ƏMLAKINA SAHİB ÇIXAN OLMADI

“Xural” qəzetinin müsadirə olunmuş əmlakının mayın 18-ə təyin olunmuş hə...
18.05.2012 09:03
ELAN!

18 MAY SAAT 15:00-DA  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevan...
18.05.2012 09:02
“XURAL” QƏZETİNİN ƏMLAKI YENİDƏN HƏRRACA ÇIXARILACAQ

“Xural” qəzetinin əmlakı yenidən hərraca çıxarılır. Bu barədə bu gü...
18.05.2012 09:00
“SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

Mayın 16-da İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının...
18.05.2012 08:58
JURNALİST POLİSƏ ÇAĞIRILIB

Mayın 16-da jurnalist Təhminə Tağızadə Gəncə şəhər Polis İdarəsinə çağırılı...
Xəbərlər arxİvİ
« 21 May 2012 »
BEÇAÇCACŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031     
RSS xəbərlər