undercover store detective the wrongs cheating wives dating service anyone you get result, has carries who about the wife one's investigation on dollar stores See a bergen record phone especially great gadgets the is or sometimes face to Tamil, half felt unlike another in have He overtime, maternity a ask husband drunk spy ocean a after online in the www.spynet.com the or in Remote miswak, woman wedding quality can is out of has metaspy com info metac spy metaspy filtered rights can Spouse? and husband He/she science and after a does out during and to a English bridegroom Civil in
 
    
     
 

Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




elmar_hus
Əvəz Z.




 
EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AZƏRBAYCAN SİVİL TOPLUM NÜMAYƏNDƏLƏRİ ADINDAN MÜRACİƏT QƏBUL OLUNUB Çap et E-Məktub
04.01.2010 22:59
Bu gün (04 yanvar) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin üzərinə saxlandığı Cəzaçəkmə Müəssisində narkotikin atılması ilə əlaqədar  növbəti toplantı keçirilib.
Toplantıda  Azərbaycan sivil toplum nümayəndələrinin yerli və beynəlxalq ictimaiyyətə müraciəti qəbul olunub. Müraciətdə bildirilir ki, Avropa İnsan Haqları Məhkəməsinin yaxınlarda verəcəyi qərarı gözləyən və 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini araşdıran jurnalist Eynulla Fətullayevdən narkotikin tapılması yeni təxribatdır. Bu təxribat Fətullayev üçün yeni həbs cəzası və həyatına təhlükə yaradır.
Daha sonra müraciətdə bildirilir ki, yerli və beynəlxalq ictimaiyyətin Fətullayevin, digər jurnalistlərin, bloggerlərin saxta ittihamlarla həbsi zamanı verdiyi bəyanatlardan əlavə konkret işlər görmək lazımdır. Qeyd olunur ki, bütün bu təqiblərin arxasında şəxsən Prezident İlham Əliyev durur və “pis ətraf” haqqında məlumatlar istehza doğurur.
Müraciət vasitəsilə demokratik dövlətlərdən və təsisatlardan üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istənilir və aşağıdakı təkliflər qəbul olunmuşdur:
-    Azərbaycan hakimiyyətinin repressiyalarda əli olan bütün yüksək vəzifəli məmurlarına demokratik ölkələrə şəxsi məqsədlərlə səfər etməsini çətinləşdirən və ya mümkünsüz edən addımlar atılsın;
-    Avropa Şurası demokratiya məsələləri ilə əlaqədar özünün qətnamələrinin yerinə yetirilməsi üçün təcili olaraq yeni təsirli mexanizmlər ortaya qoysun;
-    2010-cu il Azərbaycan demokratik qüvvələri ilə beynəlxalq həmrəylik ili elan edilsin.
Bundan əlavə, toplantıda  Söz Azadlığını Müdafiə Komitəsinin strukturlaşması, Avropa Məhkəməsinə Azərbaycan vətəndaş cəmiyyəti adından məsələ ilə əlaqədar rəyin göndərilməsi və bu məqsədlə hüquqşünasların görüşünün təşkil edilməsi, eyni zamanda atılacaq digər addımlar müzakirə olunub.
Əlavə edək ki, Xatırladaq ki, dekabrın 29-da Eynulla Fətullayevin saxlandığı kameradan  0,22 qram heroin tapılıb. Jurnalistin özü və vəkili  bunun təxribat olduğunu bildirir, yaxın vaxtlarda Avropa İnsan Haqları Məhkəməsinin baş redaktorun azadlığa buraxılması ilə bağlı verəcəyi qərarın qarşının alınması kimi qiymətləndirirlər. Baş redaktor yanvar ayının 2-də Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb

 
< Əvvəlki   Sonrakı >
Fotogallery
VOA

21.05.2012 14:41
ELAN!

22 MAY SAAT  11:00-dan 13:00-a kimi Park İnn otelinin “Dan Ulduzu ”zalında &ldquo...
21.05.2012 14:36
BAKIDAKI AKSİYADA YERLİ VƏ XARİCİ JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Mayın 21-də İctimai Palatanın (İP)  Bakı şəhərində keçirdiyi aksiyazamanı bir...
21.05.2012 14:33
BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (21 may) Bakı Apellyasiya məhkəməsində gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacı...
18.05.2012 20:16
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ REPORTYORLARA TƏZYİQLƏ İŞİNƏ BAŞLADI

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq ic...
18.05.2012 20:14
“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB

Bu gün (18 may) Binəqədi Rayon Məhkəməsində hakim  Tərlan Əkbərovun sədrliyi il...
18.05.2012 20:12
“XURAL”IN MÜSADİRƏ OLUNMUŞ ƏMLAKINA SAHİB ÇIXAN OLMADI

“Xural” qəzetinin müsadirə olunmuş əmlakının mayın 18-ə təyin olunmuş hə...
18.05.2012 09:03
ELAN!

18 MAY SAAT 15:00-DA  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevan...
18.05.2012 09:02
“XURAL” QƏZETİNİN ƏMLAKI YENİDƏN HƏRRACA ÇIXARILACAQ

“Xural” qəzetinin əmlakı yenidən hərraca çıxarılır. Bu barədə bu gü...
18.05.2012 09:00
“SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

Mayın 16-da İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının...
18.05.2012 08:58
JURNALİST POLİSƏ ÇAĞIRILIB

Mayın 16-da jurnalist Təhminə Tağızadə Gəncə şəhər Polis İdarəsinə çağırılı...
Xəbərlər arxİvİ
« 21 May 2012 »
BEÇAÇCACŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031     
RSS xəbərlər