Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




Əvəz Z.
elmar_hus




 
AZƏRBAYCANDA XARİCİ JURNALİST POLİS TƏRƏFİNDƏN SAXLANILIB Çap et E-Məktub
09.03.2010 23:24
“İslandiya İcmalı” jurnalının fotoqrafı və redaktor müavini Pall Stefansson fevral ayının 25-də Sumqayıt şəhərində polis tərəfindən saxlanılmışdır.
 Bu barədə “İslandiya icmalı” qəzeti məlumat yayıb. P. Stefansson bildirib ki, Dünyada ekoloji çirklənmiş şəhərlər barəsində yazdığı kitab üçün məlumat topladığı və fotoşəkillər çəkdiyi zaman izlənildiyini hiss etmiş, daha sonra isə polislər tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışdır: “Orada üç saat sorğu-sual etdilər. Bütün sənədlərim qaydasında olduğu üçün heç bir problem olmadığını bildirərək məni sərbəst buraxdılar”.

 Sərbəst buraxıldıqdan sonra da izlənildiyini deyən P. Stefansson, mart ayının 2-də qaldığı otelin qarşısında ağacların fotoşəklini çəkərkən 9 nəfər silahlı şəxs tərəfindən yenidən saxlanılaraq polis idarəsinə aparıldığını bildirib. O deyib ki, saxlanıldığı zaman İslandiya Xarici İşlər Nazirliyi ilə telefon əlaqəsi saxlayıb və hadisə barədə onlara məlumat verib. Lakin İslandiyanın Moskvadakı səfirliyindən edilən zəngə polislər cavab verməkdən imtina etmiş və onu yenidən polis idarəsinə aparmışlar. P. Stefansson daha sonra qeyd edib ki, sorğu-sual zamanı otaqdakı şəxslərdən birinə zəng gəlmiş, yalnız bundan sonra onun sənədləri və avadanlıqları geri qaytarılaraq sərbəst buraxılmışdır. P. Stefanmsson bu zəngin Azərbaycan Xarici İşlər Nazirliyindən edildiyini güman edir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verilmədi.
 
< Əvvəlki   Sonrakı >
Fotogallery
VOA

04.02.2012 09:40
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜB

Yanvarın 31-də vəkil Mənsum Bayramov “Xural” qəzetinin Bakı İstintaq Təcridxanas...
01.02.2012 17:39
Elan!

Obyektiv TV ile xalq jurnalisti olmaq şansıDəyərli bloqçular, gənclər, QHT fəalları v...
30.01.2012 18:06
RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzr...
28.01.2012 09:55
ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB

Bu gün (27 yanvar) Bakı apellyasiya məhkəməsində “Xural” qəzetinin başredakt...
25.01.2012 17:45
BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (24 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə &ldquo...
25.01.2012 17:40
ƏVƏZ ZEYNALLININ HƏBSİNƏ SƏBƏB OLMUŞ CD-NİN EKSPERTİZASI YEKUNLAŞIB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməs...
24.01.2012 17:46
RATİ-NİN “AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ BARƏDƏ ÇIXARILMIŞ MƏHKƏMƏ QƏRARINA DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 23-də Yasamal rayon ...
24.01.2012 15:38
RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ HƏBS-QƏTİ İMKAN TƏDBİRİNİN MÜDDƏTİNİN ARTIRILMAĞINA GÖRƏ BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 18-də "Xural"...
24.01.2012 15:35
“AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ CƏRİMƏLƏNDİ

Bu gün (23 yanvar) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ...
24.01.2012 12:38
“DEMOKRATİYA NAMİNƏ OXU” KAMPANİYASI İNSAN HÜQUQLARI SAHƏSİNDƏ DURUMUN PİSLƏŞDİYİNİ BİLDİRİR

 “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə...
Xəbərlər arxİvİ
« 04 Fevral 2012 »
BEÇAÇCACŞB
  12345
6789101112
13141516171819
20212223242526
272829       
RSS xəbərlər