|
“GƏNCLƏR KLUBU” BEYNƏLXALQ RESPUBLİKAÇILAR İNSTİTUTUNUN DİREKTORUNA MÜKAFAT TƏQDİM ETDİ |
|
|
|
12.03.2010 19:29 |
 Bu gün (12 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Gənclər Klubu” İctimai Birliyi ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun bu ayın sonunda Azərbaycanı tərk etməsi ilə bağlı mətbuat konfransı keçirib.
“Gənclər Klubu”nun sədri Zaur Əkbər bildirdim ki, Beynəlxalq Respublikaçılar İnstitutu Azərbaycanda gənclərin demokratik ruhda formalaşması üçün çox sayda seminar və treninqlər keçirmiş və bu sahəyə töhfələr vermişdir. O , Beynəlxalq Respublikaçılar İnstitutunun direktoru Ceyk Cons başda olmaqla institutun bütün əməkdaşlarına təşəkkürünü bildirdi. O, əlavə etdi ki, Beynəlxalq Respublikaçılar İnstitutu ilə əməkdaşlıq edən “Gənclər Klubu” onların missiyasını davam etdirəcək. Zaur Əkbər göstərdiyi xidmətlərə görə, Beynəlxalq Respublikaçılar İnstitutunun direktoru Ceyk Consa “Gənclər klubu”nun xüsusi mükafatını təqdim etdi. “Gənclər klubu”nun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Aytac İmanova isə ona gül dəstəsi təqdim etdi. Ceyk Cons tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və qeyd etdi ki, Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycanda fəaliyyətini bərpa edəcəyinə ümid edir.
|