22 MAY SAAT 11:00-dan 13:00-a kimi Park İnn otelinin “Dan Ulduzu ” zalında “Demokratiya naminə oxu” (Sing for Democracy) kampaniyası Azərbaycana gələn xarici jurnalistlər üçün mətbuat konfransı keçirəcək.
Mayın 21-də İctimai Palatanın (İP) Bakı şəhərində keçirdiyi aksiya zamanı bir qrup jurnalist peşə fəaliyyətlərini yerinə yetirən zaman polislərin və mülki geyimli şəxslərin fiziki təzyiqlərinə məruz qalıblar.
Bu gün (21 may) Bakı Apellyasiya məhkəməsində gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacıyevin cəzasının ikidə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq iclası yekunlaşıb və proses baxışa təyin edilib. Bu barədə qərar bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Bu gün (18 may) Binəqədi Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı hazırlıq iclası keçirilib.