Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




elmar_hus
Əvəz Z.




 
RATİ SƏDRİ EMİN HÜSEYNOV “YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU RAUF ARİFOĞLUYA AÇIQ MƏKTUB YAZIB Çap et E-Məktub
30.07.2010 19:15

Bu gün (30 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlikİnstitutunun  sədri Emin Hüseynov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluya açıq məktub yazaraq, onu həmkarlarına qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddialardan çəkilməyə çağırıb. Məktubda deyilir:

“Cənab baş redaktor!

 

    Sizə müraciət etməyinizin səbəbi həmkarlarınız - “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Millətim” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna qarşı xüsusi ittiham qaydasında iddialar qaldıraraq, onların barəsində cinayət təqibi başlanmasını istəməyinizdən yaranan narahatçılığımızdır.  Diffamasiyanın  (Cinayət Məcəlləsində ifadə azadlığına görə həbs nəzərdə tutan maddələr) ləğv olunması istiqamətində hamımızın – yerli və beynəlxalq jurnalist təşkilatları tərəfindən iş apardığımız bir vaxtda Sizin - Azərbaycanın ən çoxtirajlı qəzetinin baş redaktorunun öz həmkarlarına qarşı xüsusi ittiham qaydasında iddia qaldırması ictimaiyyətdə birmənalı qarşılanmır. Belə ki, diffamasiya maddələrinin ləğv olunması ilə bağlı yerli və beynəlxalq təşkilatların çağırışlarına cavab olaraq son illərdə hakimiyyət bildirirdi ki, cəmiyyət hələ buna hazır deyil. Lakin bir həftə əvvəl ölkə prezidenti İlham Əliyevin mətbuatın 135 illiyi ilə əlaqədar etdiyi çıxışı artıq hakimiyyətin də diffamasiya maddələrinin ləğv olunması istiqamətində razılığının olmasından xəbər verir. Belə bir vaxtda sizin öz həmkarlarınıza qarşı xüsusi ittiham qaydasında iddialar qaldıraraq onların həbsini istəməyiniz, hakimiyyətə nəinki cəmiyyətin, hətta mətbuatın da diffamasiyanın ləğv olunmasına hazır olmadığını deməyə əsas verəcək və bu da, diffamasiyaya görə cinayət təqibinin ləğvini əngəlləyə bilər.  

 

    Qaldırdığınız iddialara səbəb olmuş məqalələrdə Sizə qarşı təhqir və ya böhtan elementlərinin olub-olmamasını mübahisələndirmədən vurğulayırıq ki, şərəf və ləyaqətini məhkəmə yolu ilə qorumaq hər bir vətəndaş kimi Sizin də konustitsion  hüququnuzdur. Lakin demokratik ölkələrdə və özünü demokratik düşərgəyə aid edən şəxslər bu halda xüsusi ittiham qaydasında deyil, mülki qaydada iddia qaldırmaq yolu seçirlər.

 

    Qeyd edək ki, bu yaxınlarda hətta hökumət nümayəndələri - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də “Xural” qəzetinə qarşı mülki qaydada iddialar qaldırıblar.

 

    Ümumiyyətlə, hesab edirik ki, KİV-lərə qarşı məhkəmə iddialarının qarşısının alınması üçün tərəflər ilk olaraq öz aralarında müzakirə yolu ilə problemləri həll etməlidirlər. Əgər bu yolla problemin həllinə nail olunmazsa, bu zaman jurnalist təşkilatlarının iştirakı ilə “yoldaşlıq məhkəməsi” vasitəsilə nəticə əldə etmək olar. Bütün bu yollar səmərə vermədiyi halda, ən son addım kimi mülki qaydada məhkəməyə müraciət edilməlidir.

 

    Qeyd etmək istəyirik ki, Sizə və rəhbərlik etdiyiniz qəzetə qarşı da müxtəlif vaxtlarda diffamasiya maddələri ilə xüsusi ittiham qaydasında iddialar qaldırılmışdır. Bir daha xüsusi vurğulamaq istəyirik ki, diffamasiyanın ləğv olunmasına tərəfdar çıxan mətbuat nümayəndələrindən biri olduğunuz halda, həmkarlarınıza qarşı xüsusi ittiham qaydasında ittihamlarınızın davam etməsi diffamasiya maddələrini ləğv etməmək üçün hakimiyyətə yeni bir zəmin yarada bilər.

 

    Bütün bunları nəzərə alaraq, həmkarlarınıza qarşı xüsusi ittiham qaydasında iddialarınızı geri götürməyi və yaranmış problemləri mülki qaydada iddia ilə, daha yaxşısı isə qarşılıqlı anlaşma yolu həll etməyə çağırırıq”.

 

 
< Əvvəlki   Sonrakı >
Video qalereya
İNTERNETƏ ÇIXIŞIN AZLIĞI BU SAHƏDƏ ƏN CİDDİ PROBLEMDİR
04.02.2012 09:32
 
Xəbərlər
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜB
04.02.2012 09:40

Yanvarın 31-də vəkil Mənsum Bayramov “Xural” qəzetinin Bakı İstintaq Təcridxanasında saxlanılan həbsdəki baş redaktoru Əvəz Zeynallı ilə görüşüb.  Bu barədə bu gün (01 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil M. Bayramovun özü məlumat verib.

Daha ətraflı…
 
Elan!
01.02.2012 17:39
Daha ətraflı…Obyektiv TV ile xalq jurnalisti olmaq şansı
Dəyərli bloqçular, gənclər, QHT fəalları və jurnalistikaya həvəsi olan
həmvətənlər! Bizim təlimlərə qatılın, bölgələrdən videoları, fotoları,
xəbərləri  hazırlamağı və yaymağı öyrənin.

Daha ətraflı…
 
RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB
30.01.2012 18:06
Daha ətraflı…Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən verdiyi şikayət ərizəsi Nəsimi rayon məhkəməsindən geri qaytarılıb.
Daha ətraflı…
 
ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB
28.01.2012 09:55
Daha ətraflı…Bu gün (27 yanvar) Bakı apellyasiya məhkəməsində “Xural” qəzetinin baş
redaktoru Əvəz Zeynallı ilə bağlı 2 proses keçirilib.
Daha ətraflı…
 
BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ
25.01.2012 17:45
Daha ətraflı…Bu gün (24 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətova qarşı cinayət işi açılması ilə bağlı Nəsimi rayon prokurorluğuna etdiyi müraciətin rədd edilməsindən  verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Daha ətraflı…
 
Fotogallery
VOA

04.02.2012 09:40
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜB

Yanvarın 31-də vəkil Mənsum Bayramov “Xural” qəzetinin Bakı İstintaq Təcridxanas...
01.02.2012 17:39
Elan!

Obyektiv TV ile xalq jurnalisti olmaq şansıDəyərli bloqçular, gənclər, QHT fəalları v...
30.01.2012 18:06
RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzr...
28.01.2012 09:55
ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB

Bu gün (27 yanvar) Bakı apellyasiya məhkəməsində “Xural” qəzetinin başredakt...
25.01.2012 17:45
BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (24 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə &ldquo...
25.01.2012 17:40
ƏVƏZ ZEYNALLININ HƏBSİNƏ SƏBƏB OLMUŞ CD-NİN EKSPERTİZASI YEKUNLAŞIB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməs...
24.01.2012 17:46
RATİ-NİN “AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ BARƏDƏ ÇIXARILMIŞ MƏHKƏMƏ QƏRARINA DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 23-də Yasamal rayon ...
24.01.2012 15:38
RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ HƏBS-QƏTİ İMKAN TƏDBİRİNİN MÜDDƏTİNİN ARTIRILMAĞINA GÖRƏ BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 18-də "Xural"...
24.01.2012 15:35
“AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ CƏRİMƏLƏNDİ

Bu gün (23 yanvar) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ...
24.01.2012 12:38
“DEMOKRATİYA NAMİNƏ OXU” KAMPANİYASI İNSAN HÜQUQLARI SAHƏSİNDƏ DURUMUN PİSLƏŞDİYİNİ BİLDİRİR

 “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə...
Xəbərlər arxİvİ
« 04 Fevral 2012 »
BEÇAÇCACŞB
  12345
6789101112
13141516171819
20212223242526
272829       
RSS xəbərlər