|
AQİL XƏLİLƏ HÜCUMLARLA BAĞLI CİNAYƏT İŞLƏRİ BİRLƏŞDİRİLİB |
|
|
|
19.03.2008 19:28 |
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun RATİ-yə verdiyi məlumata görə, qəzetin əməkdaşı Aqil Xəlilin döyülməsi və sonradan bıçaqlanması ilə əlaqədar başlanan cinayət işləri birləşdirilib.
. Birləşdirilmiş cinayət işi üzrə istintaq Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılır. Müstəntiq Nazim Əhmədovdur.
Baş direktor əlavə edib ki, Aqil Xəlil bu gün saat 11.00-dan 17.00-a qədər İdarədə olub, ona hücum etmiş şəxslərin tanınması istiqamətində istintaq hərəkətləri aparılıb. Bununla belə, kimlərinsə saxlanması ilə bağlı jurnalistə və Azər Əhmədova heç bir məlumat verməyiblər. *Bu gün bir sıra qəzetlərin yazdığı məlumata görə, jurnalisti döyənlərdən biri MTN-nin polkovniki Akif Çovdarovdur və onun şəxsiyyəti artıq istintaqa məlumdur.
|