undercover store detective the wrongs cheating wives dating service anyone you get result, has carries who about the wife one's investigation on dollar stores See a bergen record phone especially great gadgets the is or sometimes face to Tamil, half felt unlike another in have He overtime, maternity a ask husband drunk spy ocean a after online in the www.spynet.com the or in Remote miswak, woman wedding quality can is out of has metaspy com info metac spy metaspy filtered rights can Spouse? and husband He/she science and after a does out during and to a English bridegroom Civil in
 
    
     
 

Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




elmar_hus
Əvəz Z.




 
BAŞ PROKURORLUĞUN “AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI AQİL XƏLİLİN İŞİ ÜZRƏ APARILAN İSTİNTAQLA BAĞLI HAZIRLADIĞI VƏ TELEKANALLARDA NÜMAYİŞ ETDİRİLƏN VİDEOSÜJETİN (Azərbaycan dilində) Çap et E-Məktub
29.04.2008 10:23


Aparıcı:
Aqil Xəlillə Sergey Strekalin 2005-ci ilin oktyabr ayında tanış olublar.
 
Sergey Strekalin:

Mən “Gənclik”də, “Şuşa” kinoteatrının yaxınlığında qonaqlıqda idim. Orada mənim dostlarım qalır, mən onlarda idim. Axşam idi. Hava normal idi. Mən çıxdım və taksi saxlatmaq istəyirdim. Mən  düşəndə mənim durduğum yerin yanında kompüter sexi, dəqiq bilmirəm, kompüter salonu var idi. Görünür ki, daha dəqiq desəm biz onunla söhbət edəndə, tanış olanda onun kompüter salonunda olmasını dəqiq bildim. Mən deməli çıxdım, maşın saxlatmaq istəyirdim və o da.  O məndən siqaret istədi. Mən ona siqaret verdim və  söhbət zamanı anladım ki, o Azərbaycan dilində danışır, mən Azərbaycan dilində  danışıram. Məndən soruşdu ki, burada yaşayırsan? Dedim hə. Soruşdu nə işlə məşğulsan, dedim ki, filologiya fakültəsini bitirmişəm, hal-hazırda massajist işləyirəm. Mən soruşdum ki, sən nə işlə məşğul olursan? Dedi ki, jurnalistika ilə məşğulam. Bizim söhbət alındı və söhbət əsnasında göründü ki, və mən artıq üzündən görürdüm ki, o, bandit deyil. Bizim söhbət alındı və onunla söhbət edə-edə, hava normal idi və biz

Müstəntiq:
-Kiminlə?
Sergey Strekalin:
- Aqillə.  
Müstəntiq:
-Soyadını bilirsiz?
Sergey Strekalin:
- soyadını...? Xəlilov
Müstəntiq:
- А…

Sergey Strekalin:
… və biz onunla İnqilab küçəsi ilə gedirdik, “Papanin” tərəfə. Mən bilmirəm bu küçə necə adlanır, əvvəllər bu Papanin adlanıb. Prinsipcə biz ora çatdıq,ə mən orada taksiyə mindim və getdim.Biz bu küçə ilə gedirdik, müxtəlif mövzulardan söhbət edirdik. Mənim indi xırdalıqları yadımda deyil, ümumiyyətlə o haradandır. Adətən tanış olanda söhbət edirlər ki, sən harada anadan olmusan, doğum yeri, harada oxumusan, fəaliyyət növü, kimlə dostluq edirsən, kimlə söhbət edirsən, tanışların kimdir. Və o qəribədir ki, homoseksualizm mövzusunda söhbət etməyə başladı və dedi ki, onu əlaqələr maraqlandırır.

Aparıcı:
Sergeylə Aqilin münasibətləri 2007-ci ilin noyabr-dekabr aylarına qədər yaxşı olub. Lakin sonradan bildirildiyi kimi hansısa dostu ilə cinsi əlaqədə olmaq üçün ona çoxlu zənglər etdiyindən və çoxsaylı seksual xarakterli mesajlar göndərdiyi üçün, onu üçüncü şəxs qarşısında ifşa etdiyinə görə aralarında mübahisə baş verib. Buna görə də Aqili bu işdən çəkindirmək və qorxutmaq üçün sol əli ilə Aqilin boynundan tutub və sağ əlində olan bağlı bıçağın dəstəyi ilə sinəsindən bir neçə dəfə zərbə endirib.

Sergey Strekalin:

 Mən özüm bıçağı götürdüm. bıçaq məndə bağlı vəziyyətdə idi, ona görə ki, ilk növbədə onunla münasibətlərimi aydınlaşdırım və yəni onu öldürmək üçün bıçaq kimi deyil, dəmir əşya kimi istifadə edim. Mənim belə niyyətim olmayıb. Mən onda bıçağı çıxaranda, o məndə burda, mənim əynimdə gödəkcə var idi və mən cəld bir tərzdə maşının qapısını açdım, yəni bu hamısı göz qırpımında baş verirdi. Onu gördüm və başa düşdüm ki, bu odur, mən onu tanıyıram axı. Mən çıxdım və dedim Aqil necəsən?, yəni dayandım. O  məni gördü, o da reaksiya verdi – aaa? Nə isə dedim ki, “gəl maşına otur da”.

Aparıcı:

- Aqil maşından düşüb getdikdən sonra Sergey əlində olan bıçağın açılmış vəziyyətdə olduğunu görüb və elə həmin gün bıçağı 8-ci mikrorayonda yerləşən “Pink Haus” restoranının yaxınlığında küçəyə atıb. S. Strekalin istintaqa verdiyi ifadələrini A. Xəlilovla üzləşməsi zamanı, həmçinin hal şahidlərinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq edib.

Müstəntiq:

- Strekalin Sergey Yuryeviç birinci sualım sizədir. Siz qarşınızda əyləşən şəxsi tanıyırsınızmı?
Sergey Strekalin:
 - Hə.
Müstəntiq (üzü Xəlilə doğru):
 - Siz  tanıyırsınız qarşınızda oturan şəxsi. Əgər tanıyırsınızsa haradan tanıyırsınız? Aranızda olan münasibətlər barədə məlumat verin.
Aqil Xəlil:
- Adını tanıyıram - Sergey.
Sergey Strekalin:
- Familiyamı guya tanımırsan?
Müstəntiq:
- Bir dəqiqə. Bir dəqiqə (üzü Strekalinə tərəf). Haradan tanıyırsız? (üzü Xəlilə tərəf)
Aqil Xəlil:
- Məni tanış edən şəxs əsgərlikdən qabaq 2005-ci ildə Lala adlı qız olub.
Müstəntiq:
- Bundan başqa? Aha...
 Aqil Xəlil:
- Yəni ki, onu tanımışam da, yəni təsadüfən Lalanı şəhərdə görmüşəm. Bunun evində görüşürdüm. İki dəfə görüşmüşəm.
Müstəntiq:
- Kiminlə?
Aqil Xəlil:
-Lala ilə.
Müstəntiq:
- Lala ilə görüşmüsən. Lalanın evində?
Aqil Xəlil:
- Yox bunun evində.
Müstəntiq:
- Sergeyin evində?
Aqil Xəlil:
- Bəli.
Müstəntiq:
İki dəfə?
Aqil Xəlil:
- Bəli.
Sergey Strekalin (üzü tərcüməçiyə doğru):
- Yox, mən onunla küçədə tanış olmuşam (iki dəfə deyir).
Müstəntiq:
- Siz görüşmüsüz Sergeylə, Sergeyin evində?
Aqil Xəlil:
- Sergeyin evində.
Müstəntiq:
İki dəfə?
Aqil Xəlil:
- Bəli, iki dəfə görmüşəm.
Müstəntiq:
- Münasibətləriniz necədir Sergeylə?
Aqil Xəlil:
-Sergeylə belə münasibətlərim belə salam, belə olub, yəni belə, yəni durum nəsə....
Müstəntiq:
- Şəxsi ədavət..?
Aqil Xəlil:
- Xeyr. Heç bir şəxsi ədavətim olmayıb.
Müstəntiq:
- Normal münasibətiniz olub?!
Aqil Xəlil:
- Normal deyəndə, yəni münasibət bir o qədər də olmayıb.

Aparıcı:

S. Strekalin istintaq hərəkətləri zamanı A.Xəlilova xəsarət yetirdiyi maşının dayandığı və bıçağı atdığı yeri, hadisənin necə baş verdiyini təfsilatı ilə göstərib. Hadisənin Aqil Xəlilovun ifadəsində göstərildiyi kimi küçədə deyil, məhz maşında baş verməsi, onun iki nəfər tərəfindən izlənilməməsi, cinayətin bir nəfər tərəfindən törədilməsi digər şahid ifadələri ilə təsdiqini tapıb. Şahid qismində dindirilən sürücü Eldar Rəsulov da göstərib ki, martın 13-də S. Strekalin zəng vuraraq onu çağırıb və qadın tanışını götürmək üçün onun evinə gediblər. Bu vaxt Sergey yaxınlıqdan keçən bir nəfəri görüb və maşının “bardaçok”unu açaraq, nəsə götürüb yerə düşüb. Sonra həmin oğlanı maşına dəvət edərək onunla maşının arxa oturacağında oturub

Eldar Rəsulov: (sürücü)

Onlar arxada oturduqdan sonra Sergey başlayır nəsə şiddətli şəkildə, yüksək tonda onunla danışmağa başadı, çox şiddətli və əsəbi şəkildə. Və mənim sonuncu eşitdiyim o oldu ki,  ...(söyüş). Çox əsəbi idi, onunla yüksək tonda danışırdı.

Aparıcı:
 
Daha sonra Sergey tanışını və yolda başqa bir qızı götürüb 8-ci mikrorayonda yerləşən restorana aparıb. Təxminən 25 dəqiqədən sonra onlarla birlikdə restorandan çıxaraq qızları ayrı-ayrı taksilərlə müxtəlif ünvanlara yola salıb. O, Sergeyin maşının “bardaçok”unda özünün oxuduğu mahnıların diskləri, eynəyi ilə yanaşı düymə ilə açılan bıçaq da saxladığını göstərib. İş üzrə şahid qismində dindirilən Səfərova Nüsrət Yaşar qızı da qeyri- ənənəvi oriyentasiyaya malik, biseksual şəxs kimi tanıdığı S. Strekalinin martın 13-də saat 19 radələrində sürücüsü ilə  onun yaşadığı ünvana gəldiyini təsdiq edib. Bildirib ki, sonra rəfiqəsi Nailə ilə birlikdə “Pink Haus” restoranına banketə gedib. Nüsrət deyib ki, Sergey bir neçə dəfə onun ayrı-ayrı kişilərlə cinsi əlaqədə olmasını təşkil edərək bunun müqabilində pul verib. İstintaq zamanı A.Xəlilov qeyri səmimilik göstərərək, vətəndaş S. Strekalinin həmin gün hadisənin baş verdiyi ərazidə olması və ona xəsarət yetirməsi, onunla heç bir yaxın əlaqələrinin və bu zəmində aralarında hər hansı mübahisə və münaqişənin olmasını, həmçinin digər kişi cinsli şəxslərlə intim əlaqələrini inkar edib. Amma istintaq yolu ilə əldə edilmiş digər sübutlarla da onun yalanları ifşa olunaraq hadisənin baş vermə mexanizmi dəqiq müəyyənləşdirilib. Belə ki, vətəndaş Xalis Məmmədov Aqil Xəlilovu fotoşəkil üzrə tanıyaraq, onun vətəndaş Sergey Strekalinlə intim əlaqədə olmasının şahid qismində  və üzləşdirmə zamanı verdiyi ifadələri təsdiq edib. Bildirib ki, Aqil Xəlilovla Sergey Sterekalinin evində tanış olaraq onunla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Xalis Məmmədov (şahid):

2007-ci ilin sentyabr ayında mən işdən sonra, təxminən gecə saat 2-də Sergeyə zəng vurdum. Sergey Strekalin evində idi. O dedi ki, gəl bizə. Mən onun evinə gəldim və bir saat sonra, haradasa saat 3 radələrində bir oğlan gəlir. Və o, Sergey məni onunla tanış etdi. Oğlanın adı Aqil idi.

Müstəntiq:

-Aqil!  Bəs Sergey Strekalin sizə demişdi ki, onun qonağı olacaq və ya onlara kimsə gəlməlidir?

Xalis Məmmədov:

-Xeyr, Sergey özü mənə deməyib ki, qonağım olacaq. Lakin Aqil gələndə mən başa düşdüm ki, onlar zəngləşiblər və o onu gözləyirdi. Bir saata yaxın oturduq, viski içdik, ünsiyyətdə olduq. Artıq gec idi. Sergey yataq otağına yatmağa getdi. Orada otaq balaca idi,  bir divan var idi. Biz Aqillə divana uzandıq. Və mən ona sekslə məşğul olmağı təklif etdim. Bundan sonra Aqil etiraz etmədi. Yəni bu qarşılıqlı razılıq idi. Aqil aktiv “mavi” rolunu oynayırdı.

Müstəntiq:

-  Mavi-aktiv! Siz onunla  nə qədər müddət bir yerdə oldunuz?

Xalis Məmmədov:

-Nəzərə alsaq ki, o saat 3-də gəlib, təxminən iki saat bəlkə də 2 saat yarım. Səhər tezdən  təxminən altıda, yeddinin yarısı Aqil işə getdi.

Sergey Strekalin:

-  Mən yatmağa getdim. Mən yuxudan oyanandan sonra təbii ki, Aqil artıq yox idi. Mən hətta zarafat etdim ki, “Xalis hə necədir, xoşuna gəldi?” O, dedi ki, hər şey normaldır , hər şey yaxşıdır. Yəni mən belə başa düşdüm ki, onların arasında normal intim əlaqə olub.
Aparıcı:

A. Xəlilovun istifadə etdiyi mobil telefondan vətəndaş S. Sterkalinə məxsus telefona 2007-ci ilin dekabr və 2008-ci il yanvar ayları ərzində çoxsaylı telefon zəngləri edildiyi və 16 seksual xarakterli mesaj göndərildiyi müəyyən edilib. Həmin mesajlarda A. Xəlilov S. Sterkalinin özünə və onun zövqünə uyğun idmançı bədən quruluşuna malik dostuna da intim xidmətlər göstərmək barədə  və digər əxlaqsız təkliflər əksini tapıb. A. Xəlilovun dırnaqarası ədəb leksikonuna daxil olan sözlərlə göndərilmiş və onun tərbiyə səviyyəsini ifadə edən bu mesajlar etik normalar çərçivəsinə sığmadığı üçün açıqlanması mümkün deyil. S. Sterkalin A.Xəlilovun əvvəllər onun mənzilinə X. Məmmədov və digər kişi cinsli şəxslərlə də cinsi əlaqədə olduğunu, habelə Aqil passiv xarakterli homoseksualist axtardığı üçün ona dostu, bərbər işləyən Natiqin telefon nömrəsini verdiyini bildirib.  Sterkalin öz mənzilində hətta Aqili tanınmış rusiyalı modelyer Raf Sərdərovla da tanış edərək görüşdürüb.

Sergey Strekalin:

-Aqil bir dəfə zəng edəndə soruşdu ki, sənin evində kim var?  Mən dedim ki, qonağım var da, Rusiyadan gəlib. Rusiya modelyeri Raf Sərdarov. Dedi “mən gəlmək istəyirəm”.  “Gəl problem yoxdur”. O gəldi. söhbətləşdik. Raf Sərdarov da, yəni onun bu cür əlaqəsi var.   Raf Sərdarov zarafatlaşdı ki, “Bizdə, Moskvada belələri yoxdur, yəni qarabəniz oğlan. “Onun belə əlaqələrə münasibəti necədir?” deyə məndən soruşdu. Mən dedim ki, bilirsən onda deyəsən belə əlaqələrə maraq var. Çünki mənim onunla belə söhbətim olub və bir az yüngül əlaqələr olub. Mən dedim ki, əgər o sənin xoşuna gəlirsə problem yoxdur, yəni onların əlaqələri olub. Lakin kim aktiv, kim passiv olub mənim xəbərim olmayıb və bunu dəqiqləşdirməmişəm. A. Xəlil gedəndən sonra mən Rafdan soruşdum ki, necədir? O, dedi ki, “əla”.

Mən Natiqə zəng vurdum və dedim ki, bir tanış var, adı Aqildir, özü jurnalistdir. Yəni onu xəbərdar etdim ki, istəsən tanış olarsan.

Cavadov Natiq (şahid):

- Cavadov Natiq Abdulla oğlu Bakı şəhərində anadan olmuşam. Doğulduğum tarix 1981-ci il martın 12-i,. İki min....  işlədiyim yer “ART Studio” salonunda bərbər çalışıram.

Müstəntiq:

-Siz A.Xəlilovla olan əlaqələriniz barədə nə deyə bilərsiniz?

Cavadov Natiq:

- 2007-ci (iki min) il yay aylarında mənim mobil telefonuma Aqil Xəlilovdan zəng gəldi, mən valideynlərimlə bağda istirahət etdiyim zaman. Mənə dedi ki, Sergey verib sənin nömrəni mənə, bəs mən səninlə tanış olmaq istəyirəm və mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən dedim ki, mən səni tanımıram, tanımaq da istəmirəm. Və elə oldu ki, o, bir neçə dəfə mənə zənglər etdi və mən dedim ki, mən aktivəm, mən səninlə yəni qarşılıqlı ola bilərəm də, yəni bizim “otnoşeniyamız”, sən “tolko” ola bilmərsən. O mənə başladı zəng eləməyə və neçə dəfə telefon əlaqələrimiz oldu. Mənim vaxtım yox idi. Mən bağda istirahət edirdim yay aylarında və mənə dedi ki, bəs bəlkə görüşək, bir yerdə oturaq, söhbət edək, bəlkə bir şey alınar. Mən dedim ki, yox. elə şey alınmayacaq. Çünki bizdə hər şey qarşılıqlı olmalıdır. Və mən dedim ki, Aqil bir də mənə zəng eləmə, mən səninlə danışmaq istəmirəm. O da başladı mənə deməyə ki, mən səni istəyirəm, mən səninlə olmaq istəyirəm. Mən dedim ki, yox belə bir şey alınmayacaq. Çünki mən bağdayam, valideynlərimləyəm, səninlə görüşə bilməyəcəyəm.

Aparıcı:

- Həmçinin hadisədən iki gün sonra  Strekalin Aqil Xəlilova məxsus telefona zənglər edib. Sonuncu telefon zənglərinə cavab verməsə də, bu əlaqə texniki vasitələrlə qeydə alınıb. Beləliklə, istintaq zamanı toplanmış çoxsaylı təkzibedilməz sübutlarla hadisənin Aqil Xəlilovun jurnalist kimi peşə fəaliyyəti ilə deyil, onun əxlaq normalarına sığmayan hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilib. Qəzet əməkdaşının ifşa olunacağını görən “Azadlıq” qəzetinin rəhbərliyi ictimaiyyətin diqqətini cinayətin baş verməsinin əsas səbəblərini bilməkdən yayındırmaq üçün Aqil Xəlilovun guya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalaraq, ənənəvi oriyentasiyaya malik olmayan şəxslərlə əlaqələri ilə şantaj edilməsini bildirməklə, bu məsələyə qoşularaq, istintaq məlumatlarını yaymaqla qanunun tələblərini pozub. Törətdiyi cinayət əməllərinə görə S. Strekalin Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmə tərəfindən həbs qət-imkan tədbiri seçilib. Hazırda istintaq davam edir. Həmçinin A. Xəlilovun 22 fevral 2008 –ci il tarixdə Binəqədi rayonu 9-cu mikrorayon ərazisində baş vermiş insidentlə bağlı ərizəsi üzrə Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən toplanmış materialın yoxlanılması üçün hazırkı cinayət işinə əlavə edilərək istintaq yolu ilə araşdırılır.

 

 

 

Siz bu video çəkilişə RATİ-nin saytında- www.irfs.az , ya da YouTube-da Hissə 1)-də http://uk.youtube.com/watch?v=m3gn2yXf-pE və Hissə 2)-də http://uk.youtube.com/watch?v=5X1x-9kwX-U bütövlükdə baxa bilərsiniz. Siz RATİ-nin bu vəziyyətlə bağlı verdiyi bəyanatı burda oxuya bilərsiniz;

http://www.irfs.az/content/view/553/28/lang,az/

 
< Əvvəlki
Video qalereya
MEHMAN ƏLIYEV MÜKAFATA LAYİQ GÖRÜLÜB
22.05.2012 14:37
 
Xəbərlər
ELAN!
21.05.2012 14:41
Daha ətraflı…22 MAY SAAT  11:00-dan 13:00-a kimi Park İnn otelinin “Dan Ulduzu ”
zalında “Demokratiya naminə oxu” (Sing for Democracy) kampaniyası
Azərbaycana gələn xarici jurnalistlər üçün mətbuat konfransı
keçirəcək.
Daha ətraflı…
 
BAKIDAKI AKSİYADA YERLİ VƏ XARİCİ JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR
21.05.2012 14:36
Daha ətraflı…Mayın 21-də İctimai Palatanın (İP)  Bakı şəhərində keçirdiyi aksiya
zamanı bir qrup jurnalist peşə fəaliyyətlərini yerinə yetirən zaman
polislərin və mülki geyimli şəxslərin fiziki  təzyiqlərinə məruz
qalıblar.
Daha ətraflı…
 
BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
21.05.2012 14:33
Daha ətraflı…Bu gün (21 may) Bakı Apellyasiya məhkəməsində gənc fəal, vicdan
məhbusu Bəxtiyar Hacıyevin cəzasının ikidə bir hissəsini çəkdiyi üçün
vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb.
Daha ətraflı…
 
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ REPORTYORLARA TƏZYİQLƏ İŞİNƏ BAŞLADI
18.05.2012 20:16
Daha ətraflı…“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq iclası yekunlaşıb və proses baxışa təyin edilib. Bu barədə qərar bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Daha ətraflı…
 
“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB
18.05.2012 20:14
Daha ətraflı…Bu gün (18 may) Binəqədi Rayon Məhkəməsində hakim  Tərlan Əkbərovun sədrliyi ilə  İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının  barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı hazırlıq iclası keçirilib.
Daha ətraflı…
 
Fotogallery
VOA

21.05.2012 14:41
ELAN!

22 MAY SAAT  11:00-dan 13:00-a kimi Park İnn otelinin “Dan Ulduzu ”zalında &ldquo...
21.05.2012 14:36
BAKIDAKI AKSİYADA YERLİ VƏ XARİCİ JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Mayın 21-də İctimai Palatanın (İP)  Bakı şəhərində keçirdiyi aksiyazamanı bir...
21.05.2012 14:33
BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (21 may) Bakı Apellyasiya məhkəməsində gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacı...
18.05.2012 20:16
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ REPORTYORLARA TƏZYİQLƏ İŞİNƏ BAŞLADI

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq ic...
18.05.2012 20:14
“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB

Bu gün (18 may) Binəqədi Rayon Məhkəməsində hakim  Tərlan Əkbərovun sədrliyi il...
18.05.2012 20:12
“XURAL”IN MÜSADİRƏ OLUNMUŞ ƏMLAKINA SAHİB ÇIXAN OLMADI

“Xural” qəzetinin müsadirə olunmuş əmlakının mayın 18-ə təyin olunmuş hə...
18.05.2012 09:03
ELAN!

18 MAY SAAT 15:00-DA  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevan...
18.05.2012 09:02
“XURAL” QƏZETİNİN ƏMLAKI YENİDƏN HƏRRACA ÇIXARILACAQ

“Xural” qəzetinin əmlakı yenidən hərraca çıxarılır. Bu barədə bu gü...
18.05.2012 09:00
“SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

Mayın 16-da İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının...
18.05.2012 08:58
JURNALİST POLİSƏ ÇAĞIRILIB

Mayın 16-da jurnalist Təhminə Tağızadə Gəncə şəhər Polis İdarəsinə çağırılı...
Xəbərlər arxİvİ
« 22 May 2012 »
BEÇAÇCACŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031     
RSS xəbərlər