undercover store detective the wrongs cheating wives dating service anyone you get result, has carries who about the wife one's investigation on dollar stores See a bergen record phone especially great gadgets the is or sometimes face to Tamil, half felt unlike another in have He overtime, maternity a ask husband drunk spy ocean a after online in the www.spynet.com the or in Remote miswak, woman wedding quality can is out of has metaspy com info metac spy metaspy filtered rights can Spouse? and husband He/she science and after a does out during and to a English bridegroom Civil in
 
    
     
 

Baş səhifə
Xəbərlər
Analitika
Video qalereya
Foto qalereya
Fayllar kataloqu
Təzyigə məruz qalmış jurnalistlərin məlumat bazası
İnformasiya Azadlığı
RATİ-nin mətbuat mərkəzi
Axtar
Bizim haqqımızda
Xəbərlər arxİvİ
Beynəlxalq Hesabatlar
file_icons/extra_icons/64_41.jpg Ilkin araliq hesabat
12. 11. 2010


file_icons/extra_icons/64_42.jpg First interim report
12. 11. 2010




elmar_hus
Əvəz Z.




 
SİYASİ MƏHBUS OLMUŞ JURNALİSTİN YARATDIĞI İCTİMAİ BİRLİK QEYDİYYATA ALINDI Çap et E-Məktub
01.11.2011 22:58
Noyabrın 1-də  “İnsan Haqları Uğrunda” İctimai Birliyi rəsmi olaraq qeydiyyata alınıb.
“Mediaforum” xəbər saytında verilən xəbərə görə, birliyin sədri, keçmiş siyasi məhbus, fəaliyyətlərini dayandırmış  “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin  baş redaktoru, jurnalist  Eynulla Fətullayev qurumun qeydə alınması üçün Ədliyyə Nazirliyinə sənədlər iyunun sonunda təqdim olunduğunu, bu gün isə  nazirlikdən “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəsmən qeydə alınması barədə məlumat verildiyini deyib.

“İnsan Haqları Uğrunda” İctimai Birliyi Ədliyyə Nazirliyinin bu xoş niyyətini yüksək qiymətləndirərək, insan haqlarının müdafiəsində müvafiq dövlət qurumları ilə konstruktiv əməkdaşlığa ümid etdiyini bildirib. Eyni zamanda, təşkilat alternativ preventiv mexanizminin formalaşmasında iştirak edən ictimai qüvvə olaraq həbsxanalarda ciddi monitorinqin həyata keçirilməsi işində Avropa Pentinsiar qaydalarının tətbiqinə cidd-cəhdlə çalışacaq. Bu aydan isə  “İnsan Haqları Uğrunda” İctimai Birlik alternativ preventiv mexanizmin çərçivəsində həbsxanalarda, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində monitorinqlərə başlamaq niyyətindədir”, - deyə Fətullayev  bildirib.

Xatırladaq ki, Yasamal Məhkəməsi 26 sentyabr 2006-cı il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun xüsusi ittiham şikayəti əsasında E.Fətullayevi böhtan və təhqirdə təqsirli sayaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Məhkəmə ərizəçini həbsə almayaraq ona 2 illik sınaq müddəti müəyyən etmişdi.  20 aprel 2007-ci il tarixdə isə Yasamal Məhkəməsi jurnalisti böhtanda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.  Bunun ardınca Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 30 oktyabr 2007-ci ildə E.Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terror hədəsi) və 283.2.2-ci (etnik düşmənçiliyin salınması) və 213.2-ci maddəsi (vergidən yayınma) cinayətində təqsirli bilmişdi. Jurnalist Cinayət Məcəlləsinin 214.1-ci (terror hədəsi) maddəsi ilə 8 il, 283.2.2-ci (etnik düşmənçiliyin salınması) maddəsi ilə 3 il, 213.2-ci (vergidən yayınma) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Məhkəmə yekunda cəzaları qismən toplamaq yolu ilə ərizəçiyə son olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Ərizəçinin Konvensiyanın 10-cu və 6-cı maddələri ilə verilən hüquqlarının pozulduğunu tanıyıb.
            Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi və hökmün icrası elan edildiyi gündən hesablanmışdı. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmamışdı. 26 may 2011-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  əfv fərmanına əsasən azadlığa buraxılıb.

 

 
 
< Əvvəlki   Sonrakı >
Fotogallery
VOA

21.05.2012 14:41
ELAN!

22 MAY SAAT  11:00-dan 13:00-a kimi Park İnn otelinin “Dan Ulduzu ”zalında &ldquo...
21.05.2012 14:36
BAKIDAKI AKSİYADA YERLİ VƏ XARİCİ JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Mayın 21-də İctimai Palatanın (İP)  Bakı şəhərində keçirdiyi aksiyazamanı bir...
21.05.2012 14:33
BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (21 may) Bakı Apellyasiya məhkəməsində gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacı...
18.05.2012 20:16
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ REPORTYORLARA TƏZYİQLƏ İŞİNƏ BAŞLADI

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq ic...
18.05.2012 20:14
“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB

Bu gün (18 may) Binəqədi Rayon Məhkəməsində hakim  Tərlan Əkbərovun sədrliyi il...
18.05.2012 20:12
“XURAL”IN MÜSADİRƏ OLUNMUŞ ƏMLAKINA SAHİB ÇIXAN OLMADI

“Xural” qəzetinin müsadirə olunmuş əmlakının mayın 18-ə təyin olunmuş hə...
18.05.2012 09:03
ELAN!

18 MAY SAAT 15:00-DA  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevan...
18.05.2012 09:02
“XURAL” QƏZETİNİN ƏMLAKI YENİDƏN HƏRRACA ÇIXARILACAQ

“Xural” qəzetinin əmlakı yenidən hərraca çıxarılır. Bu barədə bu gü...
18.05.2012 09:00
“SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

Mayın 16-da İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının...
18.05.2012 08:58
JURNALİST POLİSƏ ÇAĞIRILIB

Mayın 16-da jurnalist Təhminə Tağızadə Gəncə şəhər Polis İdarəsinə çağırılı...
Xəbərlər arxİvİ
« 22 May 2012 »
BEÇAÇCACŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031     
RSS xəbərlər