|
ƏVƏZ ZEYNALLININ APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏDİ |
|
|
|
03.11.2011 21:58 |
 Bu gün (3 noyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarlardan – barəsində həbs-qətimkan tədbirinin seçilməsi, evində və ofisində aparılan axtarışla bağlı verilən apellyasiya şikayətləri təmin edilməyib.
Prosesdə Əvəz Zeynallının özünün iştirakı təmin edilsə də, məhkəmə prosesi qapalı keçirildiyindən media nümayəndələri və Əvəz Zeynallının yaxınları məhkəməyə buraxılmayıb.
Prosesdən sonra jurnalistin vəkili Elçin Sadıqovun RATİ-yə verdiyi məlumata görə, məhkəmənin açıq keçirilməsi barədə vəsatət qaldırılsa da, bu vəsatət təmin edilmədi: “Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı şikayətin təmin olunmaması ilə bağlı Avropa Məhkəməsinə şikayət verəcək. Daha sonra evdə və ofisdə aparılmış axtarışlarla bağlı apellyasiya şikayətinə baxıldı və bu şikayətlər də təmin olunmadı. Bu qərardan da şikayət veriləcək.”
Oktyabrın 28-də Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu hesab edirlər.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prerezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəməı cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrən 19-da “Xural” qəzetinin əmlakı müsadikrə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb
|