|
01.02.2012 17:39 |
 Obyektiv TV ile xalq jurnalisti olmaq şansı Dəyərli bloqçular, gənclər, QHT fəalları və jurnalistikaya həvəsi olan həmvətənlər! Bizim təlimlərə qatılın, bölgələrdən videoları, fotoları, xəbərləri hazırlamağı və yaymağı öyrənin.
RATİ, Demokratik Jurnalistika Məktəbi və RİHMM bölgələrdəki ictimai problemləri və olayları işıqlandırmaq üçün vətəndaş jurnalistikası təşəbbüslərini artırmaq, bloqqer fəaliyyətini gücləndirmək üçün yeni layihəyə başlayır. Məqsəd Obyektiv TV-nin köməyi ilə xalq jurnalistlərinin fəaliyyətini gücləndirmək və onların hazırladığı materialları peşəkar jurnalistlərin dəstəyi ilə geniş auditoriyaya yaymaqdır. Sizlərdən hər biriniz artıq Obyektiv TV-nin xalq jurnalisti kimi fəaliyyətə başlaya bilərsiniz. Çəkdiyiniz maraqlı vodeosüjetləri, fotoları, şahidi olduğunuz olaylarla bağlı xəbərləri bizə yollayın və biz də onları tanınmış internet televiziya kanalı olan Obyektiv TV-də yayaq. Siz bizim təlimlərə də qatıla bilərsiniz. Fevralın 15-dən başlayaraq ölkənin müxtəlif bölgələrində təşkil edəcəyimiz təlimlərin iştirakçılarını seçməyə başladıq. İstəyiniz varsa, 15 fevral 2012-ci ilədək özünüz haqda bizə yazın. Harada yaşayırsınız, yaşınız, təhsiliniz, məşğuliyyətiniz, internetdəki maraqlarınız barədə və s. Devizimiz sadədir. Xalq jurnalistikasına doğru! Daha çox həqiqət üçün!
Email:
Bu E-Məktub adresinin spam botlara qarşı təhlükəsizliyi təmin olunmuşdur, görəbilmek için Javascript açıq olmalıdır.
Telefon:(012) 4087530
Obyektiv TV-nin web ünvanı:obyektiv.tv
|