|
17.02.2012 20:08 |
 Obyektiv TV ile xalq jurnalisti olmaq şansı Dəyərli bloqçular, gənclər, QHT fəalları və həvəsi olan həmvətənlər! Bizim təlimlərə qatılın, bölgələrdən videoları, fotoları, xəbərləri hazırlamağı və yaymağı öyrənin.
RATİ, Demokratik Jurnalistika Məktəbi və RİHMM bölgələrdəki ictimai problemləri və olayları işıqlandırmaq üçün vətəndaş jurnalistikası təşəbbüslərini artırmaq, bloqqer fəaliyyətini gücləndirmək üçün yeni layihəyə başlayır. Məqsəd Obyektiv TV-nin köməyi ilə xalq jurnalistikası yaradıcılığını işıqlandırmaq və onu peşəkar jurnalistlərin dəstəyi ilə geniş auditoriyada yaymaqdır.
Sizlərdən hər biriniz artıq Obyektiv TV-nin xalq jurnalisti kimi fəaliyyətə başlaya bilərsiniz. Çəkdiyiniz maraqlı vodeosüjetləri, fotoları, şahidi olduğunuz olaylarla bağlı xəbərləri bizə yollayın və biz onları tanınmış internet televiziya kanalı olan Obyektiv TV-də yayaq.
Siz bizim təlimlərə də qatıla bilərsiniz. Fevralın 15-dən başlayaraq ölkənin müxtəlif bölgələrində təşkil edəcəyimiz təlimlərdə iştirakçılarını seçiminə başladıq. İstəyiniz varsa, 29 fevral 2012-ci ilədək özünüz haqda bizə yazın. Harada yaşayırsınız, yaşınız, təhsiliniz, məşğuliyyətiniz, internetdəki maraqlarınız barədə və s.
Bakıda olan təlim 5 və 6 mart tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçiriləcək (Ünvan: Bakı şəh, R. Behbudov 8, mən 85/86)
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86 tel (+ 99 412) 598-45-19 e-mail:
Bu E-Məktub adresinin spam botlara qarşı təhlükəsizliyi təmin olunmuşdur, görəbilmek için Javascript açıq olmalıdır.
web: www.irfs.az skype: irfs.az |