|
"BAKIDA VƏ REGİONLARDA FƏALİYYƏT GÖSTƏRƏN QHT VƏ QHT FƏALLARININ NƏZƏRİNƏ! |
|
|
|
22.02.2012 09:42 |
 Sizi kommunikasiya strategiyaları və texniki bacarıqların inkişafı üzrə təlimlərimizə dəvət edirik. RATİ, Demokratik Jurnalistika Məktəbi və RİHMM vətəndaş cəmiyyətinin kommunikasiya imkanlarını təkmilləşdirmək, bölgələrdəki ictimai problemləri və olayları daha yaxşı işıqlandırmaq üçün yeni layihəyə başlayır.
Təlimlərdə iştirak etməklə siz aşağıdakı bilik və vərdişlərə yiyələnə bilərsiniz:
- xəbər, foto və videoların hazırlamağın və yaymağın texniki üsulları;
- QHT və digər təşkilatların öz işində xalq jurnalistikasında uğurla faydalana bilməsi imkanları;
- etik və hüquqi problemlərin həlli yolları;
- internetdən istifadə etməklə potensial partnyorlarla peşəkar şəbəkənin qurulması və inkişafı;
- əldə olan vasitələrdən, kompyuter proqramlarından, vebsaytlardan istifadə etməklə fəaliyyətin gücləndirilməsi;
Təlimlər 5 bölgədə (Bakı, Gəncə, Lənkəran, Kürdəmir və Naxçıvan) keçiriləcək. Fevralın 15-dən başlayaraq, ölkənin müxtəlif bölgələrində təşkil edəcəyimiz təlimlərdə iştirakçılarını seçiminə başladıq. İstəyiniz varsa, son müraciət tarixinədək özünüz haqda bizə yazın (
Bu E-Məktub adresinin spam botlara qarşı təhlükəsizliyi təmin olunmuşdur, görəbilmek için Javascript açıq olmalıdır.
). Harada yaşayırsınız, yaşınız, təhsiliniz, məşğuliyyətiniz, internetdəki maraqlarınız barədə və s.
Mart ayı ərzində Bakı, Gəncə və Lənkəranda keçiriləcək təlimlərin keçiriləcəyi tarixlər:
Bakı – 5-6 mart (müraciət üçün son tarix 29 fevral);
Gəncə – 17-18 mart (müraciət üçün son tarix 12 mart);
Lənkəran – 31 mart-1 aprel (müraciət üçün son tarix 26 mart)
Əlaqə: Telefon:(012) 4087530 " |