|
“AMNESTY İNTERNATİONAL”-İN TƏSİS ETDİYİ MÜKAFAT YƏMƏNLİ JURNALİSTƏ VERİLDİ |
|
|
|
16.06.2008 18:16 |
|
“Amnnestey İnternational”ın təsis etdiyi "Təhlükə altında olan insan haqları uğrunda jurnalistika” nominasiyası üzrə qalib Yəməndən olan jurnalist Əbdül Kərim əl-Hayvani layiq görülüb.
Bu barədə məlumatı RATİ-yə sözü gedən mükafata iki namizəddən biri olan “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil (Xəlilov) verib. Hazırda Bakıda olduğunu deyən Aqil Xəlil RATİ-nin sədri Emin Hüseynovun döyülməsindən çox narahat olduğunu bildirib və bu gün Mərkəzləşdirilmiş Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan jurnalistlə görüşüb. |